Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibKomandir heyətinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı"na əsasən keçirilən komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və Xüsusi Riskli Xilasetmə Xidmətində keçirilən məşğələlərdə yanğınsöndürmə avtomobillərinin və yanğın-texniki avadanlıqlarının, xilasedici qayıqların və digər vasitələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, texniki xidmət və təmiri haqqında, xilasedici dalğıclar qrupunun dalğıc avadanlıqlarından istifadəsi qaydaları barədə məlumat verilib.
Qəzaların aradan qaldırılması, yanğınların aşkar edilməsi və söndürülməsi, şəxsi heyətin, silah və texnikanın, əmlakın mühafizəsi və təhlükəsiz təxliyəsi üzrə keçirilən məşğələlər zamanı beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi ilə axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı, qayda və üsulları praktiki olaraq göstərilib.
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi qeyd edilib.
Müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.
Birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır vəziyyətə gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları işlənilib.
Məşğələlərin yekununda zabitlərin məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlığının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sosial       Tarix: 05 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi