Naxçıvana Zəngəzur dəhlizi ilə getmək istəyənlərə VACİB XƏBƏR: Dəhlizə nəzarət necə təşkil olunacaq?

Naxçıvana Zəngəzur dəhlizi ilə getmək istəyənlərə VACİB XƏBƏR: Dəhlizə nəzarət necə təşkil olunacaq?Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı məsələyə son dövrlər intensiv münasibət bildirməsi Kremlin maraqlarından irəli gəlir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın Qərbə çıxışları bağlandığından və dünya ilə ticarəti davam etdirmək baxımından Moskvaya alternativ yollar lazımdır.
Rusiyanın Yaxın Orta Şərqlə, o cümlədən Türkiyə ilə  əlaqələrinin qurulması üçün  Zəngəzur dəhlizi olduqca vacibdir. Bu yolun açılması və  Rusiyanın nəzarətində olması Kremlə iki səbəbdən lazımdır. Rusiya həmin dəhlizdə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə nəzarəti həyata keçirərsə bu, Rusiyaya əlavə üstünlüklər verəcək. Məhz bu yolun açılması ilə Rusiya yükləri Türkiyə və Yaxın Orta Şərqə daha rahat şəkildə iri həcmlərlə daşına bilər. Bu səbəbdən Rusiya özünün 2020-ci ildən sonrakı dövrdə əldən buraxdığı imkanları yenidən əldə etmək istəyir. Yəni Rusiya Zəngəzur dəhlizinin onun nəzarətində olmasını istəyir.
KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı referans.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizininin qlobal güclərin intriqa mənbəyinə çevrilməsi Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına ciddi əngəllər törədir:
"Azərbaycan manipulyasiyalara son qoymaq üçün Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh danışıqları istiqamətində ayrıca müzakirə olunması təklifini verdi, Ermənistan da bunu qəbul etdi. Faktiki olaraq Azərbaycan iki məqsədinə nail oldu: Sülh prosesini sürətlə irəliyə apardı, digəri Zəngəzur dəhlizi ilə bağlı ölkəmizə qarşı aparılan əks- təbliğat kampaniyasını bloklamış oldu".
Politoloq bildiri ki, dəhlizin açılması məsələsi hələki Azərbaycan və Ermənistan arasında müzakirə olunan mövzuların sırasından çıxıb: "Burada qlobal güclərin, ABŞ, Fransanın maraq göstərdiyi məsələlər var. Digər tərəfdən nəzərə alsaq ki, bu dəhlizin açılması ilə bağlı Rusiyanın, Türkiyənin, Çinin maraqları var.  Bu kommunikasiya xətti Çinin  "Bir kəmər, bir yol" layihəsinin əsas komponentlərindən biridir. Önəmli məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı Rusiya və Ermənistan arasında olan fikir ayrılıqlarıdır. Ermənistan 10 noyabr anlaşmasıyla özlərinin üzərlərinə götürdükləri öhdəliklərini, həmin dəhlizdə Rusiyanın nəzarət etməsini istəmirlər".

Siyasi       Tarix: 29 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat