Naxçıvandakı təlimlərdə düşməndən qənimət götürülmüş zenit-artilleriya qurğularından istifadə olunub - VİDEO
Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik "Zastava" zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azxeber.com-a bildirilib ki, "Hava düşməninin zərbələrinin dəf edilməsi" mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.
Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub.
İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.
Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik "Zastava" zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.
Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı