Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTO

Naxçıvanın Naxçıvanın "Əshabi-Kəhf"i: Qədim oğuz-türk yurdunun dini turizm potensialı - FOTO
Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf"i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
"Kaspi" qəzetinin əməkdaşı Naxçıvandan məqalə hazırlayıb.
Qədim oğuz-türk yurdu Naxçıvan tarixi-memarlıq, təbiət abidələri, ilk insan yaşayış məskənləri, sənət əsərləri, mineral və müalicəvi əhəmiyyətli su mənbələri ilə zəngindir. Burada dini ziyarətgahlar, pir və imamzadələr də çoxluq təşkil edir. Təkcə ziyarətgahların sayı 140-a yaxındır. Onlar inanclı insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır.
Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu bölgənin dini turizm potensialı, o cümlədən iki əsas ziyarətgahla daha yaxından tanış edilib.
Naxçıvanın Nuh Peyğəmbərin yurdu
Bu ziyarətgahlardan biri Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsidir. Rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması, əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal edir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapıb. Nuh və ona iman gətirənlərin mindiyi gəminin ilk dəfə Naxçıvanda quruya çıxması ilə insanların burada məskən salması da rəvayətlərdə yer alıb.
İddia olunur ki, yeni nəsil məhz buradan törəyərək artıb, təşəkkül tapıb. Təsadüfi deyil ki, "Naxçıvan" sözü "Nuh tərəfdarlarının çıxdığı yer" mənasında işlədilir, muxtar respublikaya Nuh Yurdu da deyilir.
Naxçıvanın Tədqiqatçılar məlumat veriblər
"Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimovun verdiyi məlumata görə, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Onun sözlərinə görə, Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər.  Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli də XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı, yerləşdiyi ərazi təsvir edilib.
Naxçıvanın Qafqazın ən böyük məscid kompleksi tikilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb. 2010-cu ildə türbənin yaxınlığındakı Köhnəqala - Naxçıvanqala əvvəlki görkəminə qaytarılıb, muzey yaradılıb. Ali Məclis Sədrinin 2013-cü ildə imzaladığı digər sərəncamla "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksi yaradılıb. Hazırda bu ərazidə Qafqazın ən böyük məscid kompleksindən biri inşa edilir. 
Naxçıvanın Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf"
Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində haqqında bəhs edilən "Əshabi-Kəhf" ziyarətgahıdır. "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı bələdçi Ələkbər Məmmədli söylədi ki, müqəddəs kitabın "Əl-Kəhf" ("Mağara") surəsinin 9, 10, 11, 12 və 18-ci ayələrində mağara barədə ayrıca bəhs olunması, bu qədim ziyarətgahın İslama qədərki dövrdə tanınmasına və məşhurlaşmasına dəlalət edir: "Dini rəvayətə görə, qədim dövrlərdə şahın zülmündən bezən gənclər təkallahlığa iman gətirib və hökmdarın qəzəbindən qaçmaq üçün bu mağaraya sığınıblar. Allah onları 309 il yuxuya verib, şahın zülmündən qoruyub. Sözügedən mağara Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf" məhz Naxçıvandadır".
Naxçıvanın Kərbəla, hətta Həcc ziyarətinə bərabər
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə "Əshabi-Kəhf"də abadlıq və yenidənqurma işləri aparılıb. 2004-cü ildən ziyarətgah "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərməyə başlayıb. Son illərdə "Əshabi-Kəhf" ziyarətgahının ərazisində aparılmış yenidənqurma, bərpa və abadlıq işləri zamanı zəvvarlar üçün daha rahat şərait yaradılıb və məscid tikilib. Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf"i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın Naxçıvanın

Turizm       Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar cəbhədən ən son xəbərlər cəbhədən son xəbərlər 2026 sonxabar