"Nazarbayev və Tokayev etirazçıların tələblərini qismən qəbul edəcək, sonra isə..." - Zərdüşt Əlizadə
"Qazaxıstanda baş verən aksiyalarda daxili amilin daha böyük əhəmiyyəti var. Qazaxıstan üç böyük tayfanın hakimiyyət uğrunda mübarizəsi ilə məşğuldur. Söhbət böyük, orta və kiçik juz tayfalarından gedir. Qazaxıstanın qərbində baş verən hadisələr əslində miqyas baxımından elə də nəhəng proses deyil. Ən böyük etirazçılar 500-ü keçmir, bəzi şəhərlərdə, 200, bəzi məntəqələrdə 50 insan etiraz edib".
KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a Qazaxıstanda yanvarın 2-dən bu yana müşahidə olunan etiraz aksiyalarını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Qazaxıstan lideri aksiyalara operativ reaksiya verərək hökuməti istefaya göndərib: "Mənim fikrimcə, bu addımın bir tərcüməsi var: Hörmətli Nazarbayev və Tokayev qərara gəliblər ki, komandalarında müəyyən dəyişiklik həyata keçirsin. Ona görə də, böyük miqyası olmayan bu hadisədən istifadə edərək hökuməti istefaya göndəriblər. Özlərinə daha yaxın və daha etibarlı şəxslərdən ibarət yeni hökumət quracaqlar. Ola bilsin ki, etirazçıların tələblərini qismən qəbul edəcəklər və Qazaxıstanı idarə etməkdə də davam edəcəklər".
Zərdüşt Əlizadə qeyd edib ki, Qazaxıstanda baş verən proseslərdə xarici faktor əhəmiyyətli deyil: "Bəzən Rusiyanın adını çəkirlər. Amma nəzərə almaq lazımdır ki, dost Qazaxıstanda istənilən hökumət Rusiya ilə münasibətdə loyaldır. Həm də rəsmi şəkildə Rusiya heç vaxt Qazaxıstana ərazi iddiası irəli sürməyib. Bizdə millətçilər arada böyük fikirlər işlətdiyi kimi Rusiyada da millətçilər bəzən ağılsız bəyanatlar verir, ifadələr işlədirlər. Amma əslində rəsmi Rusiya hökuməti ilə rəsmi Qazaxıstan hökuməti arasında münasibətlər sıx əməkdaşlıq və qarşılıqlı etimad şəraitində davam edir".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı