Nazir: "Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü növbəti bir imkandır"

Nazir: 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanat imzalanandan qısa müddət sonra Azərbaycan dövləti ən yüksək səviyyədə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib.
Bunu xarici işlər naziri Ceyhun Bayramov APA-nın aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ), Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünə dair sualına cavab olaraq deyib.
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifi irəli sürülüb.
"Ötən təxminən 1 il ərzində Azərbaycan bu istiqamətdə Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu ilin fevral ayının 21-də isə Azərbaycan tərəfi daha spesifik, konkret və sadə bir sənədi Ermənistan tərəfinə göndərib. Bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını özündə ehtiva edən 5 baza prinsipidir. Biz çox konkret təklif vermişik. Bütün prinsiplər beynəlxalq hüquqa əsaslanır. Bu barədə ictimaiyyətə geniş məlumat verilib. Biz bununla növbəti dəfə öz xoş niyyətimizi göstərdik", – XİN başçısı qeyd edib.
Ceyhun Bayramov vurğulayıb ki, son bir neçə gün ərzində Ermənistanın yüksək səviyyəli siyasətçiləri tərəfindən müsbət mesajlar səsləndirilir: "Biz tərəflər arasında əlaqələrin olmasını müsbət qiymətləndiririk. Azərbaycan tərəfi hər zaman danışıqlara açıq siyasət həyata keçirir. Hesab edirik ki, 6 aprel görüşü növbəti bir imkandır. Azərbaycan tərəfi mövqeyini açıq ifadə edib. Mən öncədən olduqca qabaqlayıcı hansısa mesajlar vermək istəməzdim. Düşünürəm ki, yaxın günlərdə Ermənistanın bu məsələyə nə dərəcədə ciddi yanaşdığını, nə qədər konkret addımlarla irəliləməyə hazır olduğunu görəcəyik. Azərbaycanın yanaşması buna adekvat olacaq". /konkret.az

Siyasi       Tarix: 02 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzr

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az sonxabar xabar az xəbərlər