Nazir: Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial var
Nazir: Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial var
Bu gün Qazaxıstan 2050-ci ilə qədər inkişaf strategiyası çərçivəsində inamla inkişaf etməyə davam edir.
Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu ölkənin müstəqilliyinin 28-ci öldünümü ilə bağlı keçirilən rəsmi qəbulda bildirib. O qeyd edib ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində ölkəsi dünyanın 50 rəqabətə davamlı dövlətləri sırasına daxil oldu.
Səfir vurğulayıb ki, hazırki Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bundan sonrakı inkişafını təmin edir. Çıxışı zamanı zamanı səfir Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var:
"Biz bir çox - ATƏT, BMT, Türk Şurası və MDB kimi beynəlxalq və regional təşkilatlarda sıx şəkildə əməkdaşlıq edirik. Qeyd etmək istəyirəm ki, Qazaxıstan həmişə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz bunu yüksək qiymətləndiririk".
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı