Nazir müavini: "Fermerləri payızlıq əkinləri bəyan etmək prosesində aktiv olmağa çağırıram

Nazir müavini: "Fermerləri payızlıq əkinləri bəyan etmək prosesində aktiv olmağa çağırıramŞamaxıda əkinlərin bəyan edilməsi prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.
2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlər subsidiya almaq üçün EKTİS-də şəxsi kabinet yaratmalı, öz aqrar fəaliyyətlərinə dair məlumatları və müvafiq sənədləri sistemə daxil etməlidir. Bu ilin əvvəlindən etibarən EKTİS-də fermerlərin qeydiyyatı prosesinə start verilib, hazırda 350 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib.
Noyabr ayından etibarən EKTİS-in tətbiqi ilə əlaqədar növbəti mərhələyə start verilib. Bu mərhələdə fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkdikləri məhsulları bəyan etməlidirlər. Hazırda 100 mindən artıq fermer payızlıq əkin dövründə əkdiyi məhsul barədə məlumatı EKTİS-ə daxil edib. Proses hazırda davam edir və Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə maarifləndirici görüşlər keçirir. Artıq Masallı, Cəlilabad, Salyan, Kürdəmir və Ağsu rayonlarında müvafiq görüşlər keçirilib. Bu gün isə Şamaxıda nazirlik rəsmilərinin, rayon icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti tədbir keçirilib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Nazirlk Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən görüşdə əkinlərin bəyan edilməsi prosesi müzakirə olunub.
Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə, o cümlədən rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri, əsaslı infrastruktur layihələri barədə ətraflı məlumat verib. Ölkədə kənd təsərrüfatının inkişafına toxunan Tahir Məmmədov bildirib ki, aparılan islahatlar və dövlət dəstəyinin genişləndirilməsi aqrar sahənin dinamik inkişafına səbəb olub.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "Hazırda dövlət tərəfindən kənd təsərrüfatına çox böyük dəstək tədbirləri həyata keçirilir. Yeni subsidiya mexanizminin tətbiqi dövlət dəstəyinin təmin olunnmasında operativliyi və şəffaflığı təmin etmiş olacaq. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsinin tətbiqi istiqamətində mühüm irəliləyiş əldə olunub. Sistemdə qeydiyyatdan keçmiş fermerlər artıq öz əkinlərini bəyan etməyə başlayıblar. Fermerləri və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha aktiv olmağa çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir".
Nazir müavini qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələri və bələdiyyə təmsilçilərinin sualları cavablandırılıb.
Qeyd edək ki, bu silsilədən növbəti tədbir dekabrın 2-də Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarında keçiriləcək.
Fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesinə köməklik göstərmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərində, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə "ASAN xidmət" mərkəzlərində xidmət pəncərələri yaradılıb. Bundan başqa, nazirliyin nümayəndələrindən ibarət səyyar qruplar bölgələrdə fermerlərə müvafiq informasiya-məsləhət xidmətləri göstərirlər. Eyni zamanda, EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler