Nazir müavini: "Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir"
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və regionların inkişafı, xüsusən də qeyri-neft sektorunda sahibkarlığın inkişafı ilə bağlı siyasəti çox yaxşı nəticələr verir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın 10 illiyinə həsr olunmuş tədbirdə deyib.
N.Səfərov bildirib: "Bildiyiniz kimi Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığı dəstəkləyir və bunun üçün genişmiqyaslı institusional tədbirlər həyata keçirilir, bunlardan biri ölkənin işgüzar dairələrində menecerlərin bacarıqlarını artırmaq üçün "Almaniya-Azərbaycan birgə Proqramı"dır.
Nazir müavininin sözlərinə görə, bu tədbirlər nəticəsində hazırda Azərbaycanda sahibkarlığa, o cümlədən də kiçik və orta sahibkarlığa dəstək mexanizmləri həyata keçirilir, iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət və dayanıqlılığı artırılır.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib