Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik
Nazir müavini: Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası işlər davam etdirilir. Bu, siyasi rəhbərliyin gündəliyində olan məsələdir.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
Onun sözlərinə görə, Gürcüstanla bu məsələdə fikir ayrılığı mövcuddur və müəyyən sənədlərin yenidən baxılmasına ehtiyac var:
"Ekspertlər ardıcıl olaraq görüşlər keçirirlər. Biz razılığa gəlmişik ki, növbəti ekspert görüşləri davam etdirilsin ki, iclas keçirilən zaman müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki bir çox görüşlərdə biz irəliləyişlərə nail ola bilməmişik.
Razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi ki, onlar üzərində işlər aparılmalıdır. Ekspertlər Tibilisidə görüşəcəklər, arxiv materiallarına da baxılacaq. İlin sonuna kimi ekspertlərin görüşü baş tutacaq".
Nazir müavini Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası işlərinə ermənilərin təxribat xarakterli müdaxiləsi məsələsinə də münasibət bildirib.
O qeyd edib ki, delimitasiya məsələsi iki dövlət arasında sənədlərin hüquqi baxımından təsdiq olunmasıdır:
"Bu məsələni siyasiləşdirmək istəməzdim. Biz çalışırıq ki, hər iki tərəfdən bu məsələnin həllinə yönəlmiş faktlar və hüquqi sənədlər mövcud olsun ki, gələcəkdə hər hansı bir sual doğurmasın.
Təbii ki, hər bir danışıqlar prosesinə təsir edən müəyyən faktorlar ola bilər. Bilirsiniz ki, sərhəddə müəyyən qüvvələr tərəfindən təxribatlar törədilmişdi və bəyanatlar səsləndirilmişdi. Biz bunları rədd edirik və qəbul etmirk.
Bu cür təxribatlar delimitasiya prosesinin hüquq əsasında keçirilməsinə mane olan faktlardır. Hər iki tərəf çalışmalıdır ki, bu cür təxribatlara uymasın və təxribatlar danışıqlar prosesinə təsir etməsin".
İlhamə Əbülfət /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı