Nazir: "Sloveniya və Azərbaycan ticarət əməkdaşlığında kəşf edilməmiş böyük potensiala malikdir"
Sloveniya və Azərbaycan ticarət əməkdaşlığında, həmçinin xidmət və investisiya sahələrində kəşf edilməmiş böyük potensiala malikdir.
Milli.Az bildirir ki, bunu Trend-ə Sloveniyanın İqtisadi İnkişaf və Texnologiyalar naziri Zdravko Poçivalşek deyib.
Z.Poçivalşek bildirib: "Sloveniya ilə Azərbaycan arasında dostluq prinsipinə əsaslanan uzunmüddətli diplomatik münasibətlər mövcuddur. Bununla belə, iki ölkə arasında iqtisadi əməkdaşlıq yetərincə inkişaf etməyib. Hazırda bu əməkdaşlıq, əsasən Sloveniyadan Azərbaycana malların ixracından ibarətdir. Hesab edirəm ki, bunun üzərində işləmək lazımdır. Bununla belə, Sloveniyanın işgüzar dairələri Azərbaycan şirkətləri ilə olduqca uğurlu əməkdaşlıq edirlər".
Nazir qeyd edib ki, ikitərəfli əməkdaşlıq Sloveniya və Azərbaycan arasındakı Dostluq Assosiasiyası, həmçinin Sloveniya-Azərbaycan İşgüzar Şurası tərəfindən dəstəklənir.
Əməkdaşlığın yeni sahələrinə gəlincə, nazir qeyd edib ki, hər iki ölkə bir çox "yaşıl" qərarlar qəbul edə, qarşılıqlı fayda üçün lazımi addımlar ata və iqtisadi əməkdaşlığı genişləndirə bilər.
Azərbaycan şirkətlərinin Sloveniyada işinin perspektivlərindən danışan nazir bildirib ki, biznes haqqında dəqiq təsəvvürü olan hər hansı bir şirkət və investor Sloveniyada daha xoş qarşılanır: "Biz stimullaşdıran və sabit biznes-mühit təklif edirik. Sloveniya hökuməti bu mühiti fəal islahatlar yolu ilə daha da yaxşılaşdırmaq niyyətindədir. Bu xüsusda investorlar üçün rəqabətli, şəffaf, sadə və əlverişli mühit yaratmaq üçün daim tədbirlər görülür".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar