Nazir suya qənaətdən danışdı: "Su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır"
Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib.
Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyun 70%-i sərhədlərdən kənarda formalaşır:
"Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır.
Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir.
Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib