Nazir: 'Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaldır
Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və yenidən qurulmasında fəal iştirak edir.
azxeber.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, 2021-2023-cü illərdə həmin ərazidlərə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılıb. Bununla belə, Türkiyənin özəl sektoru ilə birlikdə Qarabağ və Şərqi Zəngəzurda müxtlif layihələr icra edilir və birgə layihələr iki ölkənin iqtisadi inkişafında mühüm rola malikdir.
"Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, rifahın yüksəlməsi və yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü və iştirakı ilə həyata keçirilən, regional inkişafa və təhlükəsizliyə töhfə verən meqa layihələr qlobal əhəmiyyətə malikdir. Enerji sahəsində səmərəli əməkdaşlıq, imzalanan sənədlər, uğurla reallaşdırılan birgə təşəbbüslər və layihələr beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Trans-Anadolu Qaz Kəməri (TANAP) layihələri Avropa və Asiya arasında enerji infrastrukturunun formalaşdırılmasında böyük əhəmiyyətə malikdir", - deyə nazir qeyd edib.
M.Cabbarov bu il sentyabrın 25-də Naxçıvanda iki ölkənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş İğdır-Naxçıvan qaz kəmərindən də danışıb: ""Hazırda kəmərin tikintisi davam etdirilir. Bu layihə də Azərbaycan-Türkiyə qardaşlığının bir nümunəsidir. Bundan başqa, bərpaolunan və "yaşıl" enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı tərəfdaşlıqda mühüm istiqamətlərdəndir. Azərbaycanın xarici investorlarla əməkdaşlığı çərçivəsində alternativ və bərpaolunan enerji üzrə layihələrindən əldə olunan enerjinin gələcəkdə region ölkələrinə, o cümlədən Türkiyə və Avropaya ixracı mümkündür. İqtisadiyyat Nazirliyi olaraq, biz iki ölkə arasında ticarət və iqtisadi kooperasiyanın daha da inkişaf etdirilməsi üçün səyləri artırırıq. Məsələn, bu ilin iyun ayında İstanbuldakı Azərbaycan Baş Konsulluğunda ticarət nümayəndəsi fəaliyyətə başlayıb və artıq ikitərəfli iqtisadi, xüsusilə investisiya əlaqələrinin inkişafında aktiv rol oynayır".
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır