Nazirdən qərar – Artıq lisenziya tələb olunacaq

Nazirdən qərar – Artıq lisenziya tələb olunacaqNazirdən qərar – Artıq lisenziya tələb olunacaq
"Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki,  "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əlavə edilsin.
Qərarla "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın "Giriş" hissəsinin beşinci abzasında "xüsusi razılıq" sözləri "lisenziya" sözü ilə əvəz olunub.
Sənəddə təhsilə qoyulan tələblərdə "tamamlanmış təhsil" dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq anlaşılır.
"Əlavə təhsil" dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Nazirliyin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli qərarında isə lisenziya sözü yox idi.  
Qərar dekabrın 6-dan qüvvəyə minib.
Aqşin Kərimov /oxu.az

Sosial       Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun en son xeberleri xeber cəbhədən son vəziyyət