Nazirlər Kabineti universitetlərin "sərbəst iş" üçün mövcud olan tələblərini ləğv edib
Nazirlər Kabineti universitetlərin "sərbəst iş" üçün mövcud olan tələblərini ləğv edib
Nazirlər Kabineti Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində "sərbəst iş" üçün mövcud olan tələbləri ləğv edib.
Oxu.Az xəbər verir ki, qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən ibarətdir.
Qaydalara görə, indiyə qədər tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalı, müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməli idi.
Qeyd edək ki, tələbələrin sərbəst işlərinin təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənirdi. Dəyişikliyə əsasən, tələbənin sərbəst işinə dair bu tələblər ləğv edilib.

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var