Nazirlik "Meliorasiya və Su Təsərrüfatı" ASC ilə birgə fermerlərə müraciət etdi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi "Meliorasiya və Su Təsərrüfatı" ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək üçün birgə məlumat yayıb.
Nazirlikdən Milli.Az-a daxil olan məlumatda bildirilir ki, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir:
"Bununla əlaqədar bildiririk ki, suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir.
Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.
Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur.
Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir.
Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar