Nazirlik rəsmisindən deputatın tənqidlərinə REAKSİYA

Nazirlik rəsmisindən deputatın tənqidlərinə REAKSİYANazirlik rəsmisindən deputatın tənqidlərinə REAKSİYA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Millət vəkili Qüdrət Həsənquliyevin parlamentin bugünkü növbədənkənar sessiyasındakı çıxışına cavab olaraq şəxsi "Facebook" hesabında açıqlama yayıb.
O bildirib ki, sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də, əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir:
"Belə ki, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.
Xüsusilə vurğulanmalıdır ki, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb. İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib.
Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub". 
F.Talıbovun sözlərinə görə, son il yarımda ünvanlı yardım proqramı iki dəfə genişlənərək, 350 min üzvü olan 83 min ailəni əhatə edib:
"Özünüməşğulluq proqramı da iki dəfə artırılaraq, 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib.  
Digər tərəfdən, əlillik təyinatı sahəsində aparılan ciddi nəzarət tədbirləri və şəffaflıq nəticəsində 6000-dək saxta əlillik işləri ləğv edilib və illik 30 milyon manat dəyərində dövlət vəsaitinin saxta yollarla əlillik statusu əldə etmiş şəxslərə verilməsinin qarşısı alınıb. 
Bunlar, sosial müdafiə sistemində qısa müddət ərzində əldə edilmiş uğurların kiçik bir hissəsidir və mütəmadi olaraq hesabatlar şəklində Milli Məclisə və ictimaiyyətə təqdim olunur. Bildirirəm ki, səxsi maraqları naminə qeyri-qanuni "xahişlərini" və "arzularını" həyata keçirə bilməyən şəxslər böhtan xarakterli çıxışları və jurnalistikadan uzaq "reketçiliklə" ad qazanmış saytlara sifarişli yazıları ilə Nazirliyin nüfuzuna və fəaliyyətinə kölgə sala bilməyəcəklər".   
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi tənqid edib.  /oxu.az

Sosial       Tarix: 19 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun cəbhədən görüntülər bugünki xəbərlər xəbərlər