Nazirlik toyda üç nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
Nazirlik toyda üç nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) gecə Binə qəsəbəsindəki şadlıq saraylarından birində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin məlumatına görə, noyabrın 1-də saat 22 radələrində üç nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb