Nazirlikdə qəbulda iştirak etmək istəyən vətəndaşlar peyvəndlənir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığını COVID-19-dan qorumaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib.
Bu barədə Azxeber.com-a Dövlət Agentliyindən məlumat verilib.
Yalnız xidmətlərdən yararlanmaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərinə müraciət edən vətəndaşlar könüllü olaraq COVID-19 xəstəliyi əleyhinə peyvənd oluna bilərlər. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, onların rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirməkdir.
Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin "Nazirlik üzrə 1 saylı şöbə"si), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib. Səyyar briqadalarda yalnız "CoronaVac" vaksinindən istifadə olunur. Vətəndaşlar həkim yoxlanışından sonra peyvənd olunurlar.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.
Məlumat üçün bildirək ki, eyni zamanda vətəndaşlar saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək vaksinasiya prosesində iştirak edə bilərlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR