Nazirlikdən 20 Yanvar şəhidlərinin ailələrinin narazılığı ilə bağlı AÇIQLAMA

Nazirlikdən 20 Yanvar şəhidlərinin ailələrinin narazılığı ilə bağlı AÇIQLAMANazirlikdən 20 Yanvar şəhidlərinin ailələrinin narazılığı ilə bağlı AÇIQLAMA
Sosial şəbəkə səhifələrinin birində yayımlanan videoda bir neçə 20 Yanvar şəhidi ailəsinin üzvü onlara göstərilən qayğıdan narazılıq ifadə ediblər.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, bu narazılığın tam əksi olaraq, 20 Yanvar şəhidlərimizin xatirəsi daim uca tutulur, hər il faciənin ildönümündə şəhidlərimizin məzarı ümumxalq səviyyəsində ziyarət olunur:
"Bu gün hər bir azərbaycanlının qəlbində şəhidlərimizin xatirəsinə sonsuz ehtiram hissi var. Eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində də dövlət tərəfindən mühüm işlər aparılır.
Şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlər, onlar üçün həyata keçirilən bütün sosial müdafiə tədbirləri, eynilə 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə də şamil edilir. Yəni burada tam bərabər yanaşma, bərabər təminat səviyyəsi mövcuddur.
Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib ki, onların sırasında 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri də var. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6750 minik avtomobili verilib ki, onlardan bir hissəsi də 20 Yanvar əlilləridir. (116 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 92 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib)
Prezidentin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri aylıq 300 manat təqaüdlə, şəhid ailələrinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvləri, uşaqları aylıq müavinətlə təmin edilir, həmçinin əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının üzərinə 100 manata yaxın əlavə edilir".
"Əlilliyə görə aylıq müavinət alan 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdləri ilə birgə I qrup – 450 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 360, III qrup – 320 manat, pensiya alan 20 Yanvar əlillərinə isə əlavə olaraq Prezidentin aylıq təqaüdləri (I qrup – 300 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 230, III qrup – 210 manat) ödənilir.
Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ödənişli ali təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkənin qanunvericiliyində onlar üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Məsələn, 20 Yanvar əlillərinə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilir, işçilərin sayı və ya ştatı ixtisar edilərkən şəhid ailəsi üzvlərinə işdə saxlanmaqla üstünlük verilir.
Hər il olduğu kimi, bu ildə də 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin ediliblər", - deyə F.Talıbov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, 20 Yanvar şəhidlərinin ailələri hər hansı vəsiqədən asılı olmayaraq bu yüksək statusu – ŞƏHİD ailəsi statusunu daşıyırlar və şəhid ailələri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlərdən istifadə edirlər. Bununla belə, "20 Yanvar şəhidi" fəxri adı ilə təltif olunma haqqında vəsiqənin nümunəsi də hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq. /oxu.az

Sosial       Tarix: 23 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər