Nazirlikdən Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı AÇIQLAMA

Nazirlikdən Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı AÇIQLAMANazirlikdən Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı AÇIQLAMA
Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev "Report"a bildirib ki, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə 18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması ehtimalı yüksək deyil.
"Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18 m/s, arabir 22-28 m/s çatıb. Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib".
Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun ümumiyyətlə normadan az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur.
"İqlim dəyişmələri fonunda biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli istifadə olunmasına bir işarə olmalıdır. Məlumat üçün bildirim ki, Kür- Surra məntəqəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 10 sm, Kür-Bankə məntəqəsində (Neftçala) 37 sm aşağıdır. Lakin temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi və gözlənilən yağıntılı hava şəraiti ilə bağlı yaxın günlərdə Kür çayına tökülən çaylarda sululuğun artımı gözlənilir. Nəticədə Kür çayında və Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır". /oxu.az

Sosial       Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar