Nazirlikdən Qabil Əliyevə yüksək vəzifə verilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Nazirlikdən Qabil Əliyevə yüksək vəzifə verilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Ədliyyə Nazirliyi Qabil Əliyevin Nazirliyin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatları təsdiq edib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktoru olan Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Vəzifədə irəli çəkilərək, 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə işləyib.
Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənib. Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq, həmin qərar qəbul olunub.
Nazirlikdən onu da bildiriblər ki, hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.
Qeyd edək ki, daha əvvəl Unikal.org-da dərc edilən məlumatda Q.Əliyevin həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edəcəyi qeyd olunmuşdu.
14:18
Ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.
Unikal.org-un məlumatına görə, F. Məmmədovun əmri ilə Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
O, həmçinin, həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Administrasiyasında çalışıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb