"Nə Bakı, nə də Ankara Zəngəzur dəhlizindən imtina etməyəcək" - Melkonyan
"Nə Bakı, nə də Ankara heç vaxt Zəngəzur dəhlizindən imtina etməyəcək. Bu, yüz il əvvəl gündəmdə idi, indi də gündəmdədir. Daha sonra bunu başqa cür adlandıra, hansısa gözəl ad tapa bilərlər, lakin bu iki ölkə bu layihəni heç vaxt tərk etməyəcək, çünki bu, onların regionda strateji məqsədlərindən biridir. Birbaşa, maneəsiz quru əlaqəsi əldə etməkdir".
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Araşdırmalar Fondunun elmi direktoru Sergey Melkonyan VERELQ-in "Müvəqqəti də olsa, Bakı "Zəngəzur dəhlizi"ndən imtina edib, yoxsa "Qərbi Azərbaycan" mövzusunu təbliğ etməklə minimumla məhdudlaşmamaq, dərhal maksimumu götürmək qərarına gəlib?" sualını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, Ankara və Bakının Cənubi Qafqazda, ilk növbədə Ermənistana münasibətdə hərəkətləri böyük ölçüdə bu məntiqə görədir:
"Rəsmi Bakının "Qərbi Azərbaycan" mövzusuna gəlincə, bu narrativin dövlət səviyyəsində yaradıldığını və maliyyələşdirildiyini nəzərə alsaq, onun uzunmüddətli perspektivi var, müvafiq infrastrukturlar yaradılıb: həm ictimai-siyasi, həm də informasiya sahəsində. Bütün bunları bir anda kəsmək mümkün deyil. Çünki artıq kütləvi şüur formalaşır. Bakıda İrəvan Respublikasının himni oxunanda bu, ictimai şüurun formalaşmasıdır ki, Ermənistan yoxdur, yalnız tarixi "Qərbi Azərbaycan" var, qalan hər şey saxtadır. İctimai şüur dünyanın siyasi xəritəsində Ermənistan Respublikasının mövcudluğunu tamamilə inkar etməyə hazır olanda insanlara bu ölkəni dağıtmaq daha asan olacaq".
İlkanə Şəvəqqət,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb