Nə üçün gəyiririk? - Səbəbi və qarşısını almaq metodu

Nə üçün gəyiririk? - Səbəbi və qarşısını almaq metoduGəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir. Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir.
Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir. Həmin hal mədə çıxacağının daralması zamanı baş verir. Çürüntülü boş gəyirmə orqanizmin nevrotik vəziyyətinin təzahürü kimi özünü göstərir.
Gəyirməyə qarşı slavyan xalq təbabətində keçi südündən istifadə olunur. Hər gün səhər, günorta və axşam yeməkdən əvvəl yarım litr keçi südü içiləndə müalicənin üçüncü ayının axırında, bəzən bundan da tez gəyirmə yox olur.
4-6 damcı qərənfil yağının qəndin üzərinə damızdırılıb gündə bir-iki dəfə qəbul edilməsi gəyirmənin qarşısını alır.
Onun qarşısını almaq üçün belə bir müalicə formasından da istifadə etmək olar: hərəsindən 15 qram istiotlu nanə yarpağı, boymadərən çiçəkləri, şüyüd meyvəsi, 30 qram dazının otu və 2 qram üçyarpaq su yoncasının yarpaqları bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qarışığı üzərinə 2 stəkan qaynar su əlavə edərək 2 saat dəmləniləndən sonra süzülür, alınan dəmləmənın gün ərzində 1-2 xörək qaşığı miqdarında qəbul edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber az xeber cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun