Neçə uşağım dörd-beş aylıq olanda tələf olub' - Brilliant Dadaşova

Neçə uşağım dörd-beş aylıq olanda tələf olub' - Brilliant Dadaşova"Bəzən indi atalara baxıb məəttəl qalıram. Bizim atamız tam başqa adam idi. Ümumiyyətlə, dərdimi deyən insan deyiləm. Həmişə özümdə saxlayıram. Bu artıq xasiyyətdir. Yəqin ki, anam da olsaydı, ona deməzdim. Bəlkə də öyrəşməmişəm, ya da yoxdur. Problemlər olanda məsələn, universitetdə nəsə baş verəndə müəllimlərim məni müdafiə ediblər. Amma atamın heç xəbəri olmayıb. İstəməmişəm ona deyim. Heç kimin qanını qaraltmaq istəmirəm. Türklər belə insanlara "ketum" deyirlər. Problemlərimi özüm həll etmişəm, ancaq sevincimi bölüşməyi xoşlamışam. Bu, mənim artıq xislətimdə, təbiətimdə var".
azxeber.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Astar" yutub layihəsində deyib. O, oğlu Cahadı evləndirmək planları ilə bağlı suala isə belə cavab verib:
"Yaralı yerimə toxundunuz. Əslində onun ağlı kəsməmiş bunu etməli idik. Çünki məclislərə gedirəm, görürəm uşaqları 20-22 yaşında evləndirirlər. Ağlı kəsməmiş daha rahat olur. Ağlı kəsəndən sonra isə çox seçici olur. Qızlar bəzən məcbur olur ki, ana olmalıdır, vaxtında ailə qurmalıdır. Amma oğlan üçün belə problem olmadığından bir vaxt gəlir baxır, seçmir, hər insanla xasiyyəti tutmur. Bir az zövq məsələsi var, nə bilim hələ ki, uzanır".
B.Dadaşova evlilik mövzusunda oğlu ilə razılığa gələ bilmədiyi üçün bəzən onu danışdırmadığını da vurğulayıb:
"Küsürük ondan. Mən də atası da. Evlənsin deyə. Görürsən ki, bir həftə üzünə baxmırıq, danışmırıq. Ondan sonra bir şey olur o dəqiqə əriyirik, dayana bilmirik. Necə ki, balacalıqda nadinclik edəndə atası o dəqiqə gülürdü. Həmişə onunla dost olmuşuq. Hətta bəzən mənə elə şeylər danışırdı, ürəyim bərk vururdu. Məsələn, deyirdisə ki, 5 metrlik hasarda qaçırdıq, qaçdı-tutdu oynayırdıq, kim yıxılar, kim yıxılmaz ürəyim ağzıma gəlirdi. Ürəyim elə çırpınırdı, amma üzünə gülürdüm ki, nə yaxşı. Çünki qorxurdum deyim "Nə, sən 5 metrəlik hasarda qaçmısan?" Bunu bu gün ona desəm, sabah mənə nəsə deməyəcək. Yenə o hasarda qaçanda mənə danışmayacaq, ona görə də məcbur olub "ha-ha-ha" gülürdüm. O gülür, mən gülürdüm, amma ürəyim az qalırdı ki, yerindən çıxsın. Deyirdim "Ay Allah, oradan düşsəydi nə ola bilərdi?" Sonra yavaş-yavaş deyirdim ki, bəs yıxılardın, izah edirdim. Beləcə, dost olmuşuq. İndi azalıb, ondan söz ala bilmirəm. Qapalı qutu kimi, çox qılığına girirəm, danışmır. Hətta son 2-3 ildir ümumiyyətlə danışmır".
Dadaşova şəxsi həyatı ilə bağlı bəzi etiraflar da edib:
"Biz, xüsusən mən çox cəhd etdim ki, bir neçə uşağımız olsun. Olmadı, çünki pis vaxta düşdük. Hələ Azərbaycan yeni-yeni ayağa qalxır, formalaşırdı, müharibə var idi, cəbhə bölgələrinə gedirdim. Elə 3-4 uşağım dörd-beş aylıq olanda düşüb, ana ola bilməmişəm. Gəlmişik rayondan cəbhə bölgəsinə, oradan da bir başa xəstəxanaya uşaq getdi. Yenə gələn dəfə demişəm ki, heç yerə getməyəcəyəm, bu uşağı qorumaq lazımdır, amma yenə deyiblər ki, filan cəbhə bölgəsində sorğu apardıq gələrdi, bəlkə də 1 aydan sonra onlar həyatda olmayacaqlar sizi görmək, "Bayatılar" mahnısını eşitmək istəyirlər. Deyirdim yox, gedə bilməsəm sonra bunu özümə bağışlamaram. Gedirdim, konsert, falan və ya ölkəyə qonaq gəlib, geyinirdim, qarnımı bağlayırdım ki, görünməsin və yenə uşaq getdi. Hamısı da 4 oğlan. İndi mənim 5 oğlum olacaqdı, futbol komandası, amma olmadı".

Şou Biznes       Tarix: 23 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntüleri cəbhədən görüntülər ən son xeberler son.xeber