Neft məhsulları saxlanılan çənlərdə yanğınlar söndürüldü - FHN təlim keçirdi
Neft məhsulları saxlanılan çənlərdə yanğınlar söndürüldü - FHN təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi istehsalat bölümünün çənlər parkında "Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən verilən məlumata görə, təlim bu tip müəssisələrdə yanğın baş verdiyi təqdirdə zəruri davranış və hərəkətlərin məşq edilməsi, bu istiqamətdə şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub.
Tədbirə cəlb olunmuş DYMX-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Bakı şəhərinin Xəzər, Suraxanı, Xətai, 1 və 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri tərəfindən şərti yanğın uğurla söndürülüb.
Təlim zamanı, həmçinin FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən neft məhsulları saxlanılan çənlərdə baş verə bilən yanğınların uzaq məsafədən (təhlükəsiz ərazidən) söndürülməsi üçün yeni manitor-köpük lülələri də sınaqdan keçirilib.
Sonda DYMX-nın rəis müavinləri daxili xidmət polkovniki Rza Xudiyev və daxili xidmət polkovniki Əkbər Novruzovun iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR