"Neftçilər Günü"ndə "Akademik Xoşbəxt Yusifzadə" tankeri suya salınıb - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də (BGZ) inşa edilən "Akademik Xoşbəxt Yusifzadə" neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub. Bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.
Azxeber.com xəbər verir ki, 20 sentyabr "Neftçilər Günü"ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının əlaçı tələbələri iştirak ediblər.
ASCO sədri Rauf Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib. Bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca üçüncü tankerdir. Bundan öncə Zavodda eyni tipli "Laçın" və "Kəlbəcər" tankerləri uğurla inşa edilərək, təhvil verilib.
Rauf  Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş Bakı Gəmiqayırma Zavodunda yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bunun üçün həm xüsusi dövlət dəstəyi və qayğısı var, həm də kifayət qədər kadr potensialı mövcuddur. Sevindirici haldır ki, bu sahədə fəal rol oynayan çoxsaylı gənclər sırasında  Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları da yer alır.
Həm ASCO, həm də BGZ ailəsini gəminin suyasalınması münasibətilə təbrik edən sədr tikinti prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən BGZ-nin baş meneceri İmanverdi Həsənov yerli gəmiqayırma sənayesinin mövcud imkanlarından, eləcə də gələcək hədəflərdən danışıb. Qeyd edib ki, fəaliyyətini durmadan genişləndirən Zavod qarşıya qoyulan tapşırıqları vaxtında, yüksək peşəkarlıqla yerinə yetirir.
O vurğulayıb ki, ASCO ilə əməşdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, inşa olunaraq təhvil verilən gəmilər hər birimizdə böyük iftixar, qürur hissi yaradır.
Tədbirdə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. "Akademik Xoşbəxt Yusifzadə" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi  saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş  ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.
Çıxışlardan sonra "Akademik Xoşbəxt Yusifzadə" tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düymə ADDA tələbələri və Zavod əməkdaşlarını tərəfindən sıxılıb.
Qeyd edək ki, tədbir çərçivəsində ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.

İqtisadiyyat       Tarix: 20 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə