Neftin qiyməti qalxır- Manatın devalivasiyası riski var?

Neftin qiyməti qalxır- Manatın devalivasiyası riski var?"Manatın dəyər itirməsi və məzənnəsində olan dəyişikliklər, bunlar heç də eyni məsələ deyil. Onlar arasında ciddi fərqlər var. Belə ki, manat dollar qarşısında öz dəyərini, məsələn 2020-ci, 2021-ci illə və ya eyni dövrü ilə müqayisədə müəyyən dərəcədə itirib. Pulun dəyəri, bilavasitə, bir neçə səbəblərlə ölçülür ki, bunlardan da birincisi məhz onun alıcılıq qabiliyyətidir". 
Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında manatın dəyəri və məzənnəsi haqda danışarkən deyib. O, qeyd edib ki, manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir:
"Biz, məsələn 2020-ci ildə və ya 2021-ci ilin fevralında aldığımız 500 manata marketə daxil olaraq nələr alırdıq, amma bu gün həmin məbləğə nələr ala bilirik. Ötən ilin fevral ayında aldığımızdan bu gün nə qədər az ala bilmişiksə, artıq həmin qədər manat öz dəyərini itirib. Mən bunu ən sadə və anlaşılan dillə ifadə etməyə çalışdım. O ki qaldı manatın məzənnəsi, bu, artıq başqa bir məsələdir. Manatın məzənnəsi, bilavasitə, üzən məzənnə deyil, sərbəst məzənnə deyil, birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Yəni manatın məzənnəsi bir iqtisadi siyasət olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir. Gördüyümüz kimi Mərkəzi Bank artıq neçə illərdir ki, manatın məzənnəsini stabil saxlayır. Baxın, manatın dəyəri stabil qalmayıb, amma məzənnəsi stabil qalıb. Bunlar fərqli şeylərdir". 
Neftin qiyməti qalxır- Manatın devalivasiyası riski var?Eldəniz Əmirovun sözlərinə görə, bu il devalivasiyanın olmasını çox aşağı qiymətləndirir:
"Mərkəzi Bankın 2021-ci il dövlət büdcəsini təhlil edərkən görmək olur ki, hökümət manatın məzənnə stabilliyinə böyük önəm verirdi. Çünki məhz ölkədə makro-iqtisadi stabilliyin qorunması üçün manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi və nail olunması əsas hədəf olaraq görünürdü. 2022-ci ildə isə bir balaca fərqli situasiya var. Amma bununla belə perspektivdə nələrin baş verəcəyini birmənalı demək çətindir. Amma mən onu deyə bilərəm ki, hazırda statistika və Mərkəzin Bankın açıqlaması onu göstərir ki, ABŞ dollarına olan tələbatın həcmi azalıb. Əgər tələbatın həcmi azalıbsa, eyni zamanda ölkənin 55 milyard dollara yaxın valyuta ehtiyatı varsa, dövlət büdcəsində neftin qiyməti 50-dan götürüldüyü halda neftin qiyməti 100 dollara yaxınlaşıbsa, deməli manatın devalivasiyaya məruz qalmaması, yəni ölkədə devalivasiyanın olmaması üçün bütün iqtisadi şərtlər var. Yəni hansısa bir məcburiyyət, təzyiq yoxdur ki, manatın məzənnəsində dəyişiklik olsun. Təzyiq varsa da, bunu qarşılamaq üçün kifayət qədər maliyyə alətləri var. Amma bununla yanaşı, birmənalı olaraq deyim ki, hökümət bu il devalivasiya etməyəcək, bu çətindir. Ehtimalımı deyə bilərəm, ehtimal da budur ki, bu il devalivasiyanın olacağını çox aşağı qiymətləndirirəm. Böyük ehtimal ki, olmayacaq. Hazırda aparılan iqtisadi siyasət, neft qiyməti, valyuat ehtiyatı və strateji xətt bu qənayətə gəlməyə imkan verir ki, hökümətin 2022-ci ildə devalivasiya ilə bağlı bir fikri yoxdur. Təhlil mənə bunu deməyə əsas verir. Amma 3, 5 ay sonra neft qiymətində nələrsə baş verər, hansısa bir qərarda başqa bir yanaşmalar tətbiq edilər, bu səbəbdən yüz faiz olmayacaq demək çətindir".
Aydın Nuri 

İqtisadiyyat       Tarix: 10 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri krimnal bugun sonxəbər metbuat xeberleri