Tramp "kommunist" Mamdaninin qələbəsinə reaksiya verdi

Tramp ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərində demokrat Zöhran Mamdaninin qələbəsinə münasibət bildirib. O, bu hadisəni ölkənin qismən "suverenliyini itirməsi" kimi dəyərləndirib.
KONKRET.az xəbər verir ki, Mayamidə keçirilən biznes forumunda çıxış edən Tramp bir il əvvəl – 2024-cü il prezident seçkilərində qazandığı qələbəni xatırladaraq, bunu "ABŞ tarixində ən mühüm qələbələrdən biri" adlandırıb:
"Biz 5 noyabr 2024-cü ildə çox şey etdik, Amerika xalqı hakimiyyəti özünə qaytardı. Biz suverenliyimizi bərpa etdik. Dünən axşam isə onun bir hissəsini Nyu-Yorkda itirdik, amma bunun öhdəsindən gələcəyik."
Tramp Zöhran Mamdaninin Nyu-York meri seçilməsini "kommunizm təhlükəsi" kimi qiymətləndirərək bildirib ki, onun rəhbərliyi dövründə ABŞ-da heç bir formada kommunizmə icazə verilməyəcək:
"Mən prezident olduğum müddətdə ABŞ heç bir halda kommunist ölkəyə çevrilməyəcək. Biz bunu dayandıracağıq. Bu cəfəngiyyata son qoyacağıq."
Xatırladaq ki, 4 noyabrda keçirilən seçkilərdə demokrat-sosialist Zöhran Mamdani Nyu-York meri seçilib. O, qalibiyyətdən sonra bəyan edib ki, Trampı və onun tərəfdarlarını "dayandıracaq". Mamdani 2026-cı il yanvarın 1-də vəzifəsinə başlayacaq. Hazırda şəhərə Eric Adams rəhbərlik edir.
Tramp seçkilər ərəfəsində xəbərdarlıq etmişdi ki, əgər Mamdani qalib gələrsə, federal hökumət Nyu-Yorka yalnız qanunla müəyyən edilmiş minimum maliyyə yardımı göstərəcək. Bundan əvvəl Tramp Mamdanini "kommunist dəli" və "öz vaxtını gözləyən fəlakət" adlandırmışdı.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan