Moskva Vaşinqtondan "izahat" gözləyir

Moskva Vaşinqtondan Rusiya ABŞ prezidentinin mümkün nüvə sınaqlarının bərpası barədə göstərişinə dair məlumatlarla bağlı rəsmi izahat tələb edib. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin məlumat verib.
KONKRET.azxəbər verir ki, Narışkin prezident Vladimir Putinin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda bildirib ki, bir neçə gün əvvəl Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevdən teleqram alıblar:
"Səfir yazır ki, bizim diplomatlar ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamenti ilə əlaqə saxlayaraq ABŞ prezidenti Donald Trampın nüvə silahlarının sınaqlarının dərhal bərpası barədə səsləndirdiyi səs-küylü bəyanatların mahiyyətinə aydınlıq gətirilməsini istəyiblər."
Narışkinin sözlərinə görə, rus diplomatları Trampın Pentaqona verdiyi göstərişin konkret olaraq nəyə aid olduğunu soruşublar:
"Lakin həm Ağ Ev, həm də Dövlət Departamentinin nümayəndələri mövzuya birbaşa cavab verməkdən yayınaraq, məlumatın rəhbərliyə təqdim ediləcəyini və zəruri sayılarsa, Rusiya tərəfi ilə əlaqə saxlanılacağını bildiriblər."
Rusiya xarici işlər nazirinin birinci müavini Sergey Belousov isə qeyd edib ki, Vaşinqton "strateji hücum silahlarını fəal şəkildə artırır".
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını bəyan etmişdi. O, bu qərarı "digər bəzi ölkələrin artıq belə sınaqlar keçirməsi" ilə əsaslandırmış, lakin hansı ölkələrdən və hansı tip sınaqlardan söhbət getdiyini dəqiqləşdirməmişdi.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 butun xeberler cəbhədən şad xəbər xeberler azerbaycan