Neftin qiyməti ucuzlaşdı - Deputat səbəbini açıqladı

Neftin qiyməti ucuzlaşdı - Deputat səbəbini açıqladıDünya bazarında "Azeri Light" markalı neftinin qiyməti azalıb. 
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dollar və ya 1,09% azalaraq 63,73 ABŞ dolları təşkil edib.
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında deyib ki, neft bazarında normativlik var:
"2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Neft bazarında müəyyən normativlik mövcuddur. Lakin neftin qiymətini ayrı-ayrı günlər üzrə deyil, il ərzində formalaşan orta göstərici əsasında dəyərləndirmək daha məqsədəuyğundur. 2026-cı ildə neftin dünya bazar qiymətləri ilə bağlı proqnozlar isə o qədər də nikbin deyil. Əksər ehtimallara görə, neftin bir barelinin qiyməti 60 ABŞ dolları ətrafında dəyişəcək".
Deputat bildirib ki, neftin qiymətinə həm iqtisadi, həm də siyasi amillər təsir göstərir:
""Azəri Light" markalı neft dünya bazarında "Brent" neftiylə müqayisədə daha baha satılır. Dövlət büdcəsində də məhz "Azəri Light" markalı neftin qiyməti əsas götürülüb. Dünya bazarında neftin qiymətinə həm iqtisadi, həm də siyasi amillər təsir göstərir. Bu amillər isə birbaşa olaraq neftin qiymətinin dəyişməsinə və bazarda qeyri-sabitliyin artmasına səbəb olur".
Parlamentari vurğulayıb ki, neftin qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır:
Neftin qiyməti ucuzlaşdı - Deputat səbəbini açıqladı"Azərbaycan neft ölkəsi olduğu üçün neftin dünya bazar qiyməti və enerji resurslarının dəyəri ölkəyə daxil olan valyutanın həcmi baxımından mühüm əhəmiyyət daşıyır. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox valyuta axınına şərait yaradır. Bununla belə, Azərbaycan üçün ən məqbul variant optimal və sabit qiymət səviyyəsidir. Çünki məhz optimal qiymət iqtisadi sabitliyin əsas şərtlərindən biridir. Neftin bir barelinin 70–80 dollar intervalında dəyişməsi neft ölkələri üçün optimal qiymət göstəricisi kimi xarakterizə olunur. Hazırda isə neftin qiyməti 70 dollardan aşağıdır".
"Bununla yanaşı, iqtisadi inkişaf baxımından qeyri-neft sektorunun rolu daha həlledici xarakter daşıyır. Qeyri-neft sektoru tədricən iqtisadiyyatın əsas drayverinə çevrilir. Beləliklə, neftin qiymətinin aşağı düşməsi neft sektorundan daxilolmaları azaltsa da, qeyri-neft sektorundakı artım hesabına ümumi iqtisadi artımın qorunması mümkün olur"-, deputat bildirib. 
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
 Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 17 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar