Neftin qiymətinin bahalaşması büdcə gəlirlərinə necə təsir edəcək? – PROQNOZ
Son günlər dünya bazarında neftin qiyməti sürətlə artır. Belə ki, "Brent" markalı neftin bir bareli 109,88 ABŞ dolları olub. Bununla yanaşı, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,6 ABŞ dolları, yaxud 9,38 % artaraq 111,90 ABŞ dollarına çatıb.
Bəs, görəsən, neft qiymətlərində qeydə alınan artım tendensiyası fonunda dövlət büdcəsinə yenidən baxıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı- ekspert Pərviz Heydərov cavablandırıb.
O bildirib ki, neftin qiymətinin bahalaşması büdcə gəlirlərinə müsbət təsir edir:
"Neftin qiyməti 100 dollardan bahadır. İndiki halda Azərbaycanın neft gəlirləri iki dəfədən çox artıb. Bu həm ölkədə valyuta bazarında sabitliyin qorunub-saxlanılması, həm dövlət gəlirlərimizin artması, həm də valyuta ehtiyatlarımızı artırmaq baxımdan çox müsbət haldır.
Əslində ilin ortasında bununla əlaqədar dövlət büdcəsinə yenidən baxılmağa ehtiyac yoxdur. Nəzərə alsaq ki, ölkədə istehlak qiymətlərinin artması prosesi hələlik səngiməyib, bahalaşma davam etməkdədir. Dünyada hazırkı vəziyyətlə əlaqədar olaraq ərzağın qiymətindəki artımın bir müddət də davam edəcəyi gözlənilir. Buna görə də artan dövlət gəlirləri ilə əhalinin sosial müdafiəsi gücləndirilməlidir".
Ekspertin fikrincə, ilin ikinci yarısında növbəti sosial paketin icrasına ehtiyac görünür:
"Əməkhaqqı, pensiya və sosial ödənişləri artırmaq və bununla da əhalinin sosial müdafiəsini gücləndirmək lazımdır. Əgər hökumətin bu barədə müvafiq planları varsa, ilin ikinci yarısında dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxılması mümkündür. Hələlik bu haqda danışmaq tezdir. Çünki buna zərurətin olub-olmayacağı növbəti aylarda bilinəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var