Nəsib Nur 'ATV'də veriliş aparacaq? - Açıqlama
Aparıcı Nəsib Nurun ATV televiziyasında veriliş aparacağı iddia edilib.
azxeber.com bununla bağlı aparıcı ilə əlaqə saxlayıb.
Xəbəri nə təsdiq, nə də inkar edən aparıcı bu fikirləri səsləndirib:
"Yeni layihələr üzərində çalışırıq. Mən bu yayılan xəbər haqda hələ ki, bir açıqlama verə bilmərəm. Ola da bilər, olmaya da bilər. Zamanla hər şeyi biləcəksiniz. Yaxşısı budur ki, siz Kənan Bayramovla danışın. O, lazım bilsə, sizə bu haqda məlumat verəcək".
Yayılan iddialar ilə bağlı azxeber.com-un suallarını cavablandıran prodüser Kənan Bayramov isə "Layihələr üzərində çalışırıq. Dəqiqləşmiş bir iş hələ ki, yoxdur" deyə bildirib.
Xatırladaq ki, bir neçə gün öncə aparıcı Nanə Ağamalıyevanın ATV telekanalı ilə yollarını ayırdığı, yeni mövsümdən "Xəzər" kanalında fəaliyyət göstərəcəyi xəbəri yayılmışdı. Elə bu səbəbdən də onun yerinə Nəsib Nurun gələcəyi iddia edilib.
Aysel Hacızadə

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır