Neurotime' şirkəti media, reputasiya və marketinq qərarverməsinə dair həll təqdim etdi

Neurotime' şirkəti media, reputasiya və marketinq qərarverməsinə dair həll təqdim etdiSüni intellekt və informasiya texnologiyalar sahəsində ixtisaslaşmış Neurotime şirkəti 23 yanvar 2026-cı il tarixində Radisson Hotel Baku-da qapalı formatda "Obsera - Media və Marketinq İntellektində Yeni Üfüqlər" adlı xüsusi ixtisaslaşmış tədbir tədbir təşkil edib. 
azxeber.com xəbər verir ki, tədbirdə ölkənin dövlət və özəl sektorlarını təmsil edən CMO-lar, marketinq direktorları, PR rəhbərləri və kommunikasiya sahəsində qərarverici şəxslər iştirak ediblər.  Təqdimat və interaktiv müzakirə formatında təşkil olunan görüşün əsas məqsədi -  media, reputasiya və marketinq sahələrində qərarvermə proseslərinin transformasiyası, eləcə də təqdim olunan Obsera platforması üzərindən təqdim olunacaq yeni məhsullar, modullar və inkişaf yol xəritəsinin təqdimatı olub.
"Müasir media və sosial mühitdə məlumatların sadəcə monitorinqi emal üçün artıq kifayət etmir. Analitika, sentiment təhlili və risklərin erkən aşkarlanması müasir marketinq və PR strategiyalarının əsas komponentlərinə çevrilib. Biz, Neurotime komandası olaraq vahid media və marketinq intellekti yanaşmasının biznes və reputasiya idarəçiliyinə verdiyi üstünlükləri Obsera platforması üzərindən təqdim edirik, belə ki bu platforma həm də strateji baxış və operativ qərarvermə üçün vahid intellektual mühit təqdim edir", - deyə Neurotime şirkətinin rəhbəri Vüqar Cavadov. 
Görüş çərçivəsində Obsera platformasında planlaşdırılan yeni analitika modulları, qərarverici şəxslər üçün nəzərdə tutulmuş "dashboard" həlləri, eləcə də marketinq və PR komandaları üçün praktiki istifadə ssenariləri nümayiş etdirilib. Tədbir eyni zamanda C-level auditoriya üçün açıq dialoq və fikir mübadiləsi mühiti yaradıb. 
Neurotime haqqında
Neurotime süni intellekt əsaslı media, data və analitika həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət dövlət və özəl sektor üçün media monitorinqi, sosial analitika və qərarvermə proseslərini dəstəkləyən innovativ platformalar hazırlayır.
Əlaqə:
 [email protected]
 www.neurotime.ai

İqtisadiyyat       Tarix: 27 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi