Nəyə görə yaşlandıqca qarın piylənir? - SƏBƏB
Yəqin fikir vermisiz ki, insan yaşlandıqca qarnın həcmi artır, şişir və piyləri yandırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunun səbəbini açıqlanıb. Orqanizm getdikcə piy yandırma funksiyasını azaldır və piy əzələlərdə, dəri altında, daxili orqanların ətrafında ehtiyat olaraq toplanır. Visserial piy adlanan bel, qarın hissənin kökəlməsi piylənmə, II tip diabet, daxili orqanların iltihabi xəstəliklərinə səbəb olur.
ABŞ və Almaniya alimləri elmi tədqiqatlarla sübut edib ki, yaşlı siçanlarda qarın yağlarında olan B immun hüceyrələr çoxalmağa başlayır, bu da maddələr mübadiləsinin pozulması və iltihaba səbəb olur.
Professorların fikrincə, gənc adamlarda orqanizmə infeksiya düşdükdə, B hüceyrələr böyüyür, amma sonra infeksiya sağaldıqdan sonra onlar kiçilir.
Yaşlandıqca bu funksiya pozulur, onlar kiçilmir və bel, qarın nahiyəsində piylərin arasında qalır.
"Bu da 50 yaşdan sonra diabet və maddələr mübadiləsi xəstəliklərini artırır".
Alimləri təyin edib ki, B hüceyrələr makrofaqlardan siqnal alaraq böyüyür. Ona görə diabet xəstələri, xərçəng xəstəliklərində makrofaqlardan gələn bu siqnalları azaltmaqla B hüceyrələrinin böyüməsinin qarşısını almaq olar.
Artıq belə preparatlardan biri sınaqdadır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü