Niderlandın NOS agentliyi Qarabağda erməni tanklarını, maşınlarını məhv edən silahdan yazıb
Niderlandın xəbər agentliyi NOS Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (SİHA) nüfuzundan yazıb.
Azxeber.com "CNN Türk"ə istinadən xəbər verir ki, agentlik pilotsuz uçuş aparatlarının dünya bazarında getdikcə daha çox satılmasından bəhs edib.
Sentyabrda Türkiyədə, Atatürk Hava Limanında keçirilən İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalı -TEKNOFEST-ə qatılan NOS-un müxbiri təəssüratlarını niderlandlılarla bölüşüb.
Agentlik Türkiyənin son illər hərbi sənayesini pilotsuz uçuş aparatlarının istehsalına yönəltdiyini və ixracatını gündən-günə artırdığını bildirib.
Mətbu orqan qeyd edib ki, SİHA-lar Qarabağ münaqişəsində də istifadə edilib. Bildirilir ki, "Baykar" şirkətinin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatları Qarabağ müharibəsində tanklara, zirehli maşınlara, döyüş sursat anbarlarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirərək münaqişənin gedişatına təsir göstərib.
Türkiyənin pilotsuz uçuş aparatların Suriya, Liviya və Qarabağda uğurla istifadə edilməsinin vurğulandığı yazıda SİHA-ların getdikcə daha çox ölkədən tələb olunduğu bildirilib.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı