Nigerin yeni Baş naziri Fransa qüvvələrini ölkədə saxlamaq istəyir

Nigerin yeni Baş naziri Fransa qüvvələrini ölkədə saxlamaq istəyirNigerdə üsyançıların təyin etdiyi Baş nazir Əli Mahaman Lamin Zeyn Fransa qüvvələrini ölkədə saxlamaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə o, "New York Times" qəzetinə müsahibəsində deyib.
"Biz Fransa universitetlərində oxumuşuq, zabitlərimiz isə Fransada təlim keçib. Biz sadəcə hörmət etmək istəyirik", – Baş nazir deyib.
Əli Lamin Zeyn vurğulayıb ki, gələcəkdə Niamey ABŞ ilə hərbi tərəfdaşlığı dəyərləndirəcək. Bununla belə, o, vəziyyəti diplomatik yolla nizamlamağa çağıran Vaşinqtonun mövqeyini də qeyd edib.
Zeynin sözlərinə görə, hakimiyyətə gələn hərbçilər həbsdə olan Prezident Məhəmməd Bazuma zərər verməyəcək.
Xatırladaq ki, iyulun 27-də Niger ordusu milli televiziya ilə prezidentin devrildiyini elan edib.
İyulun 31-də Niger sakinləri Fransa səfirliyi qarşısında aksiya keçiriblər. Etirazçılar Fransa əleyhinə şüarlar səsləndirərək Nigerdəki xarici hərbi bazaların bağlanmasını tələb ediblər. Fransa avqustun 1-dən öz vətəndaşlarını Nigerdən təxliyə etməyə başlayıb. Daha sonra Avropa İttifaqı da vətəndaşların təxliyyə edildiyini açıqlayıb. Avqustun 3-də qiyamçıların mərkəzi orqanı olan Vətənin Xilası Milli Şurası respublikanın Nigeriya, ABŞ, Toqo və Fransadakı səfirlərinin səlahiyyətlərinə xitam verildiyini elan edib.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 20 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən son xəbər cəbhədən son xəbərlər sonxeberler