Nikaha girən 15 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanın Ombudsman Aparatı Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
azxeber.com xəbər verir ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva "Report"un sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumat araşdırılıb.
Bildirilib ki, Ombudsman Aparatı tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat araşdırılaraq nəzarətə götürülüb.
Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsi ilə məsələyə dair müzakirə aparılıb.
Ombudsman Aparatı tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara hüquq və vəzifələri, erkən nikahın fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən məsələ Aparatın Uşaq hüquqlarının müdafiəsi sektoru tərəfindən nəzarətdə saxlanılacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var