Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?' - DİM-dən CAVAB

Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?' - DİM-dən CAVAB20 iyun tarixində Bakıda təsviri sənət üzrə qabiliyyət imtahanı keçirilib.
İmtahanda iştirak edən abituriyenlərdən birinin valideyni azxeber.com-a müraciətindən bildirib ki, təsviri sənət üzrə qabiliyyət imtahanında oturacağın nömrəsinin qeyd olunmaması sıxlığın yaranmasına səbəb olur.
Valideyn bildirib ki, abituriyentlər imtahan zalında münasib yer tutmaq üçün səhər saatlarından imtahan keçirilən binanın önünə gəlir və bu abituriyentlərdə əlavə stress yaradır: "İmtahan baş tutan məktəbin önündə səhər saatlarından gəlmək lazımdır. Abituriyentlər valideynləri ilə səhər saat 5-dən binanın önünə gəlmişdilər və övladlarının adını ilk sıralara yazdırmışdılar. Sonra binaya keçid olanda da sıxlıq yaşandı, bu da abituriyentlərdə əlavə stess, əsəb və qorxu yaratmış olur. Yaxşı olar ki, binanın önündə ciddi nəzarət olsun və abituriyentlər rahat şəkildə imtahan zalına daxil olsunlar. Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?".
Valideyn 4 iyul tarixində baş tutacaq təkrar imtahanda bu kimi hallara ciddi nəzarət olunmasını xahiş edib. 
Niyə təsviri sənət üzrə qabiliyyət imtahanına saatlar öncə gəlib, növbə tutmalıyıq?' - DİM-dən CAVABMəsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə azxeber.com-a açıqlama verib.
DİM rəsmisi bildirib ki, imtahan saat 10:00-da başlanır. Hər bir abituriyentin buraxılış vərəqəsində imtahan binasında olma saatı da göstərilir:
"Buraxılış rejimi adətən imtahana 1 saat 30 dəqiqə qalmış başlanılır və sıra ilə abituriyentlər binaya buraxılırlar. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək kifayətdir. Qabiliyyət imtahanlarında da bu qayda tətbiq olunur və hansısa sıxlıq müşahidə olunmayıb".
Xanlar Xanlarzadə rəsm üzrə qabiliyyət imtahanlarında iştirakçıların otaqda dəqiq hansısa parta arxasında əyləşdirilməsinə məsələsinə aydınlıq gətirib:
"Ümumiyyətlə, bu imtahanlarda onların xarakterinə uyğun olaraq otaqda sıra və ya stol olmur. Bir otaqda 8-10 abituriyent önlərində molbert stulda əyləşirlər. Abituriyent yerini özü seçir və burada hansısa məhdudiyyət yoxdur. Abituriyent oturduğu stulun yerini istəyinə uyğun dəyişə də bilər. Öndə və mərkəzdə isə hamının görə biləcəyi bir yerdə antik baş qoyulur. Abituriyent də oturduğu rakursdan gördüyünü çəkməlidir. Əgər abituriyentin naturadan rəsm çəkmək qabiliyyəti varsa, bir az qabaqda və ya geridə, bir az sağda və ya solda oturmağının əhəmiyyəti yoxdur".
Şəbnəm Zahir

Sosial       Tarix: 25 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri sonxəbər novruz bayramı kriminal