Nizaməddin Quliyev bu adamlardan rüşvət tələb edib - SİYAHI

Nizaməddin Quliyev bu adamlardan rüşvət tələb edib - SİYAHIAğstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının sabiq müavini Ramiz Tatarov istintaq ifadəsində həbsdə vəfat edən RİH-in keçmiş başçısı Nizaməddin Quliyevin kimlərdən rüşvət tələb etdiyini açıqlayıb.
azxeber.com "report"a istinadən xəbər verir ki, o, dindirilən zaman bildirib ki, N.Quliyevin tapşırığı ilə Hüseynov Azər Camələddin oğlunun Ağstafa rayonu üzrə Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunması müqabilində ondan 10 000 manat, İsmayılov Malik Kərim oğlunun Ağstafa RİH-in başçısının Kolxəlfəli kənd inzibati ərazi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması müqabilində 5 000 manat, Hüseynov Taleh Abdulla oğlundan Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi müqabilində 15 000 manat, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Abbasov Kamran Yahya oğlunun vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 20 000 manat, Y.Abbasovdan Ağstafa RİH-in başçısının Ağgöl kənd icra nümayəndəliyində mühasibi işləyən oğlu Kənan Abbaslının vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 2 000 manat pul istəyib.
R.Tatarov qeyd edib ki, həmin şəxslər tələb olunan rüşvəti ona verməyib: "Daha sonra Nizaməddin Quliyevin tapşırığı əsasında şəxsən Hüseynov Taleh Abdulla oğlunun Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsində saxlanılmasına görə ondan ümumilikdə 8 280 manat pul aldım. Həmin məbləği isə Nizaməddin Quliyevə təqdim etdim".
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.

Sosial       Tarix: 04 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi