Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən aldığı rüşvətin məbləği məlum olub - SİYAHI

Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən aldığı rüşvətin məbləği məlum olub - SİYAHIAğstafa Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə vəfat edən keçmiş başçısı Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən və sahibkarlardan aldığı rüşvətin məbləği məlum olub.
İstintaq materiallarında qeyd edilib ki, N.Quliyev 2009-cu ilin dekabr ayında Goranboy RİH başçısı vəzifəsində işləyərkən icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Həsənqulu oğlunun vasitəsilə Goranboy rayonunun Boluslu bələdiyyəsinin sədri Allahverdiyeva Manya Nadir qızından ümumi himayədarlıq müqabilində 2 400 manat, 2014-cü ilin dekabr ayında 2 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Nizami bələdiyyəsinin sədri Babayev Məzahir Ağası oğlundan 4 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Xoylu bələdiyyəsinin sədri İbrahimov Adil Qənbər oğlundan 2 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, rayonun Tapqaraqoyunlu bələdiyyəsinin sədri olmuş və həmin bələdiyyədə vergi toplayan vəzifəsində işləmiş Yusibov Rafiq İsa oğlundan 1 000 manat və 2010-cu ildə 500 manat pul, 2015-ci ilin yanvar ayında isə onun göstərişlərini icra edən İ.Məmmədovun vasitəsilə 1 000 manat pulu xidməti otağında alıb.
N.Quliyevin Goranboy rayonunda rüşvət aldığı digər vəzifəli şəxslər və sahibkarlar bunlardır:
- Goranboy rayonunun Səmədabad bələdiyyəsinin sədri Məmmədov Sahib Abdulla oğlundan 5 000 manat
- Goranboy RİH başçısının Bağçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Niyaz Fikrət oğlundan 3 000 manat
- Goranboy rayonunun Todan bələdiyyəsinin sədri İbrahimov Şirin Qələndər oğlundan 8 000 manat
- Goranboy rayonunun Nərimanlı bələdiyyəsində mühasib vəzifəsində işləyən Tağıyev Maqsud Nağı oğlundan 10 000 manat
- Goranboy rayonunun Sarov bələdiyyəsinin sədri Zeynalov Rəşid Camal oğlundan 6 800 manat
- Goranboy rayonunun Zeyvə bələdiyyəsinin sədri İbrahimov Bəhyəddin Ağamalı oğlundan 5 000 manat
- Goranboy RİH başçısının Şadılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Əkbər İsgəndər oğlundan 2 000 manat
- Hüseynov Elsevər İsmayıl oğlundan Goranboy rayonunun Baytarlıq idarəsinin rəisi vəzifəsinə təyin olunmasına görə 12 000 manat
- Məmmədov Bayram İsa oğlundan Goranboy RİH başçısının Qırıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat
- Dəmirov Mücahid Şəmil oğlundan Goranboy RİH başçısının Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 6 000 manat
- Məhərrəmov Xəyyam Maarif oğlundan Goranboy şəhərinin 25-ci məhəllədə yerləşən 0,0039 ha torpaq sahəsində ticarət obyektinin inşasına icazə verilməsinə görə 7 000 manat
- Yusibov Elçin Hüseyn oğlundan Goranboy rayon uşaq, gənclər və idman şahmat məktəbinin direktoru vəzifəsinə təyin olunmasına görə 5 000 manat
- Goranboy RİH başçısının Qazanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Eldar Əzim oğlundan 1 000 manat
- Goranboy RİH başçısının Muzdurlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfərov Rza Həmid oğlundan 3 000 manat
- İsayev Mehman Zahid oğlundan Goranboy RİH başçısının Qızılhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 4 000 manat
- Goranboy rayonunun Səfikürd bələdiyyəsinin sədri Vəliyev Eldar Vəli oğlundan 5 000 manat
- Goranboy rayonunun Qarqucaq bələdiyyə sədri İbrahimov Rəmzi Abduləzim oğlundan 1 000 manat
- Goranboy rayonunun Hazırəhmədli bələdiyyəsinin sədri Alıyev Rövşən İsgəndər oğlundan 2 000 manat
- Goranboy rayonunun Dəliməmmədli bələdiyyəsinin sədri İsgəndərov Sübhan Rizvan oğlundan 3 000 manat
- Goranboy rayonunun Goranlı bələdiyyəsinin sədri İmamverdiyeva Şümşəd Teymur qızından 1 800 manat
- Goranboy rayonunun Qızılhacılı bələdiyyəsinin sədri Allahverdiyev Məzahir Bəhram oğlundan 500 manat
- Yusifov Fazil Əkbər oğlundan Dövlət ehtiyat fondu torpaq sahəsindən 6250 kv.metr torpaq sahəsinin ona icarəyə verilməsinə görə 20 000 manat
- Goranboy rayonunun Qaradağlı bələdiyyəsinin sədri Hüseynov Elmir Talış oğlundan 2 000 manat
- Goranboy rayonunun Fəxralı bələdiyyəsinin sədri Vəliyeva Sevda Cəlil qızından 3 500 manat
- Goranboy rayonunun Rus Borisi bələdiyyəsinin sədri Artyux Veronika Vasilyevnadan 2 600 manat
- Goranboy rayonunun Aşağı Ağcakənd bələdiyyəsinin sədri Kərimov Səbuhi Sahib oğlundan 2 000 manat
- Goranboy rayonunun Qaraçinar bələdiyyəsinin sədri Hüseynov Şakir Yusif oğlundan 4 500 manat
- Goranboy rayonunun Qaramusanlı bələdiyyəsinin sədri Əliyev Azim Əli oğlundan 1 000 manat
- Goranboy rayonunun Borsunlu bələdiyyəsinin sədri İsmayılov Elşad Həmid oğlundan 5 000 manat
- Goranboy rayonunun Rəhimli bələdiyyəsinin sədri İbrahimov Ülfət Mustafa oğlundan 2 000 manat
- Goranboy rayonunun Nadirkənd bələdiyyəsinin sədri Ağayev Əli Həsən oğlundan 5 000 manat
- Goranboy rayonunun Xanqərvənd bələdiyyəsinin sədri Qasımov Natiq Tofiq oğlundan 7 000 manat
- Zeynalov Niyazi Bəkir oğlundan Goranboy RİH başçısının Düz Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 500 manat
- Goranboy rayonunun Qırıqlı bələdiyyə sədri Bağırov Nəsimi Nizami oğlundan 2 000 manat
- Əliyev Əli İbrahim oğlundan Goranboy RİH başçısının Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat
- Alxanov Tacəddin Əmrah oğlundan Goranboy rayonunun 11 nömrəli yaylaq ərazisində 50 ha torpaq sahəsinin icarəyə verilməsinə görə 3 000 manat
- Əliyev İlham Ənvər oğlundan Goranboy RİH başçısının Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat
- Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri Əliyev İlqar Arif oğlundan 1 500 manat
- Goranboy rayonunun Muzdurlar bələdiyyəsinin sədri Əliyev Rövşən Nəsib oğlundan 1 000 manat
- Ziyadov Şəmsi Şəmistan oğlundan Goranboy RİH başçısının Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 7 600 manat
- Goranboyda 0,40 ha torpaq sahəsinin Cəfərov Mehman Əli oğlunun adına rəsmiləşdirilməsi müqabilində ondan 17 000 manat
- Həsənov Hafis Yunis oğlundan Goranboy RİH başçısının Baxçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 6 000 manat
- Mirzəyev Rəşad Rizman oğlundan Goranboy RİH başçısının Dəyirmanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 8 000 manat
- Namazov Seymur Namiq oğlundan Goranboy RİH başçısının Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat
- Mustafayev Məhəmməd Əli oğlundan Goranboy RİH başçısının Yolqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat
- Goranboy rayonunun Yolpaq bələdiyyəsinin üzvü Mirzəliyeva Şükufə Rafiq qızından 3 000 manat
- Goranboy rayonunun Tatarlı bələdiyyəsində vergi toplayan vəzifəsində işləyən Həsənəliyev Rəfail Əvəz oğlundan 3 000 manat
- Verdiyev Elşən Həsən oğlundan Goranboy RİH başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində saxlanılmasına görə 5 000 manat
- Səfərov Cavid Əbilfət oğlundan Goranboy RİH başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat
- Muradov Nizami Bayram oğlundan Goranboy RİH başçısının Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 4 000 manat
- Goranboy RİH başçısının Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi Məhərrəmova Amalya Allahverdi qızından 2 000 manat
- Hüseynov Yasin İslam oğlundan Goranboy rayonunun "Acı Dərə" massivində yerləşən 48 saylı qışlaqdan 900 hektar torpaq sahəsinin icarəyə verilməsinə görə 15 000 manat
- Əzizov Fətulla Eldar oğlundan Goranboy RİH başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 4 000 manat
- Aslanov Ramiz Rasim oğlundan Goranboy RİH başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 1 000 manat
- İbrahimov Ürfan Həvil oğlundan Goranboy RİH Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat
- Əliyev Nuşirəvan Sarı oğlundan Goranboy RİH başçısının Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat
- Quliyev Tofiq Bəşir oğlunun Goranboy RİH başçısının Xoylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat
- Qədimov Şaiq Aslan oğlunun Goranboy RİH başçısının Qızılhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat rüşvət alıb.
Bundan başqa, N.Quliyev Goranboy RİH tabeliyində olan Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru Ağakişiyev Səfael Qaçay oğlu və onun müavini Ələsgərov Emin Səbuhi oğluna verdiyi göstərişlər əsasında, həmin müəssisənin fəaliyyətində işə davamiyyətləri olmadığı, habelə əmək funksiyalarını və vəzifə səlahiyyətlərini yerinə yetirmədikləri halda 29 nəfərin əmək haqqı kartlarına köçürülən 27 988 manat pulu ələ keçirib.
Eyni zamanda o, dövlət büdcəsinin Goranboy rayon üzrə yerli gəlir və xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə düzgün xərclənməsini təşkil etməyərək ümumilikdə 58 784 manat pulu mənimsəyib.
Qeyd edək ki, N.Quliyev və sabiq müavini Ramiz Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
///Report

Sosial       Tarix: 04 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda xabar az cəbhədən ən son xəbər xeber.az son xeberler