Nizami Səfərov: "Dövlətimiz regionda yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıracaq

Nizami Səfərov: "Dövlətimiz regionda yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıracaqNizami Səfərov: "Dövlətimiz regionda yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıracaq"
Azərbaycan tarixinin yeni şanlı səhifəsi otuz ilə yaxın bir müddətdə davam edən və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun əks-hücum tədbirləri nəticəsində əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan tarixinin ən mühüm hadisələrindən olaraq, möhtəşəm hərbi paradla yekunlaşdı. 
"Dəmir yumruq" əməliyyatı nəticəsində uzun illərdən bəri ikili standartlar mövqeyindən çıxış edən bir sıra dövlətlərin və bəzi beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin həllinin hərbi yolu olmaması barədə tezisi darmadağın edilərək, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri dövlətimiz tərəfindən icra olundu.
Bir daha xatırlatmaq lazımdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə görə əsas məsuliyyəti daşıyan Təhlükəsizlik Şurasının hər dörd qətnaməsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq təsdiq edilir (30 aprel 1993-cü il tarixli 822 saylı qətnamənin preambulasının 7-ci bəndi, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamənin preambulasının 8-ci bəndi, 10 oktyabr 1993-cü il tarixli 874 saylı qətnamənin preambulasının 5-ci bəndi, 2 noyabr 1993-cü il tarixli 884 saylı qətnamənin preambulasının 6-cı bəndi). Həmçinin, bu qətnamələrdə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yol verilməzliyi vurğulanaraq, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından "dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması" tələb edilib. 
Dövlətimiz bu qətnamələrin icrası üçün böyük diplomatik səylər göstərsə də, təəssüf ki, təcavüzkar Ermənistan militarist siyasətini davam etdirərək, hərbi təxribatlar törətməyə üstünlük verib. Əlbəttə ki, belə şəraitdə yeganə çıxış yolu beynəlxalq hüququn hamılıqla tanınan təməl prinsiplərinin hərbi yolla bərpa edilməsi idi və müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sülhü və tarixi ədaləti bərpa etdi.
Azərbaycanın haqlı mövqeyinin müdafiəsində ən mühüm məqamlardan biri də, qardaş Türkiyə xalqının və dövlətinin böyük siyasi və mənəvi dəstəyi olub. Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrimizin həyata keçirdiyi əks-hücum tədbirlərinin ilk saatlarından birmənalı olaraq qeyd edib ki, bu müharibədə Azərbaycan tək deyil və Türkiyə hər zaman bizim yanımızdadır. Belə mövqe bir daha iki dövlətin birliyinin, qardaşlığının təzahürü olub. 
Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də, uzun illər boyu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən regionda beynəlxalq təhlükəsizliyin təmin edilməsi üzrə diplomatik strategiyanın öz bəhrəsini verməsidir. Azərbaycan Respublikası bir çox beynəlxalq platformalarda əhəmiyyətli addımlar atıb və bunun nəticəsi olaraq BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər nüfuzlu təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı olaraq dəstəklənib. Əlbəttə ki, belə yanaşma münaqişənin həlli üçün vacib olan hüquqi zəmin və siyasi konsensus yaradıb.
Torpaqlarımızın erməni işğalından azad edilməsi istər Azərbaycanın, istərsə də ümumilikdə regionun yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir və artıq bizi böyük quruculuq işləri gözləyir. Tam əminliklə demək olar ki, dövlətimiz bu tarixi missiyanı də böyük müvəffəqiyyətlə həyata keçirəcək və regionda yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıracaq. 
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru /oxu.az

Siyasi       Tarix: 14 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat cebheden xeberler hava durumu krimnal bugun