Norveç Neft Fondu 115 milyard avrodan çox itirib
Norveç Neft Fondu dünya bazarlarında səhmlərin ucuzlaşması nəticəsində aktivlərinin dəyərində 115 milyard avrodan çox itki ilə üzləşib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son aylara qədər aktivləri 1 trilyon avrodan çox qiymətləndirilən Norveçin Neft Fondu kimi də tanınan "Dövlət Pensiya Fondu - Qlobal" bu günlərdə 1.33 trilyon Norveç kronu (115 milyard avrodan çox) dəyər itirib.
Bu qədər böyük zərərin baş verməsində əsas səbəb kimi koronavirusun yayılması səbəbindən birjalarda kotirovkaların düşməsi olub. Beləliklə, indiki anda Fondun investisiya portfelinə dəyən zərər 16,2 faiz təşkil edir ki, bu da ötən il fond tərəfindən əldə edilmiş rekord 19,9 faiz mənfəəti sıfıra endirməkdədir.
Xatırladaq ki, bu ilin fevral ayında Norveçin "Dövlət Pensiya Fondu - Qlobal" 2019-cu il üçün aktivlərinin dəyərində artımının rekord səviyyədə olduğunu elan edib. Beləliklə, fondun aktivləri birjalarda kotirovkaların yüksəlməsi nəticəsində 1,69 trilyon kron (170 milyard dollardan çox) artmışdı.
Milli.Az /news.milli.az

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT