Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTO

Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTONövbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTO
"Bütün məktəbli formalarını tikib başa çatdırırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib.
Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTOOnun sözlərinə görə, istehsalatda heç bir problem yoxdur:
"Biz bütün məktəbli formalarının istehsalını başa çatdırırıq. Lazım olan bütün materiallarımız var. Hazırda formalar tikilir. İstehsalatda heç bir problemimiz yoxdur. Əlavə mağazalar da açırıq. Bu mövsüm həm yuxarı, həm də aşağı siniflərin məktəbli formalarını valideynlər və ya şagirdlər gəlib ala bilərlər. Bu gün də gəlib ala bilərlər. Məsləhətim odur ki, son günü gözləməsinlər. Son günə qalanda sıxlığa düşüb, əziyyət çəkirlər".
E.Əzimov qeyd edib ki, məktəbli formalarının məcburi olub-olmayacağı onlara aid məsələ deyil:
"Bu, Elm və Təhsil Nazirliyinə aid bir məsələdir. İbtidai sinif üçün formalar hazırdır. Lakin növbəti tədris ilində məktəbli formalarının məcburi olub-olmayacağını yalnız nazirlik deyə bilər".
Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTOElm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında Qərarı qüvvədədir.
Növbəti tədris ilindən məktəbli formaları məcburi olacaq? - AÇIQLAMA + FOTOXatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi" haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu qərar 2022/23-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək. 
Nəzrin Vahid

Maraqlı       Tarix: 25 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu