Noyabrın Zəfəri – Gülər Mübariz yazır

Noyabrın Zəfəri – Gülər Mübariz yazırGəldi ürəyimizin ahını da, "gözümüzün yaşını da, qəbrimizin daşını da" alan Noyabr. Aldı yurd həsrətimizi, nisgillərimizi, tarixə yazdırdı adını. Bir ömürlük adını oxşayacağımız şəhidlər verdi; qardaş, oğul dediklərimiz. 2020-ci ildən bu yana rəmzini dəyişən noyabr ərəfəsindəyik yenə. Qəlblərdə sevinc qarışıq nisgil, qürur qarışıq özləmin olduğu ayda.
Nələr oldu bu ayda, gəlin birdə xatırlayaq.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyatlardan biri kimi düşdü.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
8 Noyabr tarixi ədalətin bərpa edildiyi "Zəfər Günü" kimi Azərbaycanın tarixinə silinməz izlərlə yazıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunmağa başladı.
Noyabrın 10-u isə ölkəmiz üçün bir başqa tarixi gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfərlə Ermənistanı masa arxasında oturmağa məcbur edən Azərbaycan prezidenti noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini bütün dünyaya təsdiq etdi. Bununla da Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, müharibə zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, xalqımız qalib adı aldı.
Azərbaycan xalqının əzmi və iradəsi, döyüşkən ruhu, torpaq, Vətən sevgisi və xalq-iqtidar birliyi ilə ölkəmizin qələbəsinə addım-addım yaxınlaşdı. Zəngin dövlətçilik və hərb tarixinə söykənən, ondan güc alan Azərbaycan xalqı elə şanlı qəhrəmanlıq salnaməsi yazdı ki, bu tarixi zəfərlə Qarabağını canıyla,qanıyla geri qazandı.
Bu qələbəylə xalq olaraq birliyin gücünü bir daha öyrəndik, bir yumruq altında birləşən gücdən doğan zəfəri daddıq. Vətən eşqi yaşayırıq doğma Qarabağımızla; günü-gündən çiçəklənir ana torpağımız, yenidən qurulur dədə-baba yurdumuz.
Və qətiyyətlə deyə bilərik ki, bu amal üzrə Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Yaşa, Azərbaycan, məğrur başın bir daha sinənə əyilməsin. Qurtuluşun mübarək, Vətən, zəfərimiz mübarək olsun, əziz xalqım. Şəhidimin önündə vəfa borcumuz, qazimizə hörmətimiz can durduqca tükənməz; haqqınızı halal edin, Vətən oğulları. Vətən sizə minnətdardır. / azxeber.com

Siyasi       Tarix: 06 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal bugun son xeber az metbuat