O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri

O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar"                                                                                                 
Heydər Əliyev.
Qartal kimi zirvədə qərar tutan , Azərbaycanın qala qapısı, ağ ciyəri olan cənnətməkan Kəlbəcər rayonu dəniz səvviyəsindən 3616-3724 m hündürlükdə yerləşən ən qədim insan məskənlərindən biridir. 1936 kvadrat kilometr ərazisi, işgaldan əvvəl 60 min əhalisi, 145 kəndi, iki qəsəbəsi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilirdi. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
Kəlbəcərdə Alıbəyli , Zar və b. kəndlərin ərazisində müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngin "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq və mağaralar, Alban kilsəsi,  Qalaboynu , Comərd , Lök, Keşikçi , Xudavəng qalası,  Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı vardı. "Kəlbəcər" toponiminin mənşəyi də qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.
Antik dövrün abidəsi olmaqla yanaşı bu yerlər həm də zəngin flora və faunaya malik idi. 9300 hektar ərazisində yerləşən geniş gözoxşayan yaylaqlarında hər il Azərbaycanın onlarla rayonundan 400 mindən çox mal-qara yaylamağa gəlirdi:
Yazda əriş-arğac olar 
Kəlbəcərə gedən yollar.
Yayda örüş –arxac olar.
Kəlbəcərə gedən yollar...
Ənvər Rza.
Təbiətini, yeraltı, yerüstü sərvətlərini, bol mineral sularını  heç nədən əsirgəmədən yaradan ulu Tanrı bu yerlərin insanlarını da dağ qürurlu, qartal baxışlı ,şəlalə suları tək saf yaratməşdır. Sazla sözün vəhdətindən bir qala yaradan Ağdabanlı Qurban, dədəlik zirvəsinə yüksələn Aşıq Şəmşir, Qəmkeş Allahverdi, şair  Bəhmən Vətənoğlu,  Sücaət, şair, peşəkar jurnalist və publisist Məmməd Aslan, alim ,tərcüməçi Ənvər Rza, Adil Cəmil  və onlarla tanınmış elm adamları burada yaşamış və yaratmışdır...
Bəli. Zəngin təbiəti, mineralları , qızıl, gümüş, civə yataqlarl ilə zəngin olan Kəlbəcər öz rahat , xoşbəxt illərini yaşayarkən gözügötürməyən ,xain ,xəbis ,mənfur qonşumuz yavaş -yavaş ilan kimi ona tərəf sürünürmüş. İllər boyu müxtəlif  nankor əməllərə əl atan erməni silahlı birləşmələri öz havadarlarının köməyi ilə Azərbaycana qarşı təxribatlara əl atdı.  Beş il idi ki, blokada şəraitində işıqsız, qazsız yaşayan dinc Kəlbəcər əhalisi nəhayət , 1993 cü ilin aprelin 2-də işğala məruz qaldı. Şaxtalı havada , ayaqyalın Murov zirvəsini piyada aşan Kəlbəcərlilər dünyada görünməyən əzaba tuş gəldilər. İşğal nəticəsində Kəlbəcərdən 60 min  nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Heç bir xarici qüvvələrin kömək etməyəcəyini görən ədalətli, sülhsevər Azərbaycan xalqı başda  müzəffər ordusu və xalqının sədaqətli oğlu , Ali Baş Komandan İlham Əliyev olmaqla  öz tarixi , əzəli və əbədi torpaqlarının müdafəsinə qərar verdi.   2020 ci ilin sentyabrında verilən ən vacib sərəncamı ilə tarixi ədalətin bərqərar olunması , dünyanın bir münaqişə ocağının sönməsi nəticəsində qamətimiz düzəldi, bir çox yalançı miflər darmadağın edildi, alnı açiq , üzüağ , müzəffər xalqın qalib vətəndaşı kimi yaşamağa başladıq. 
Noyabrın 25 də isə uzaqgörən rəhbərin səyi, müzəffər ordunun şücaəti, qazilərimizin canı, şəhidlərimizin qanı bahasına  onillərin həsrətiylə çayları qədər göz yaşı tökdüyümüz, sərin sularını, saf havasını,  yaylaq-aran adət ənənəsini xəyallarda yaşatdığımız doğma Kəlbəcərimiz Azərbaycana təhvil verildi. Ali Baş Komandanın sərəncamı ilə 9424 hərbi qulluqçu " Kəlbəcərin azad olunmasına görə " medalı ilə təltif olundu. Kəlbəcərin strateji yüksəkliklərinin azad edilməsi düşmən tərəfin istifadə etdiyi nəqliyyat yollarına nəzarəti artırdı, illərlə talan edilən yeraltı-yerüstü sərvətləri, loğman suları öz sahibinə qaytarıldı, gələcəkdə turizmin inkişafına zəmin yaratdı.
İşğaldan azad olunandan  sonra  birinci xanım Mehriban Əliyeva  ilə birlikdə   Kəlbəcərə səfər edən  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  ,, Kəlbəcər dünyanın ən gözəl bölgəsidir " deyərək onu yenidən  abad və gözəl diyara çevirəcəyinə söz verdı. Səgfər zamanı bir çox layihələrlə birlikdə həm də Toğanalı –Kəlbəcər avtomobil yolu üzərində  Murovdağ tunelinin təməlini qoydu. Bu gün artıq bu tunelin 300 metrindən çoxu hazır vəziyyətdədir. 
Dağların qoynunda xoşbəxt , şən və firavan həyat tərzinin başlanmasına lap az qalıb. Yenə qiz-gəlinli bulaqlar, şəfalı İsti-su öz qonaqlarını gülərüzlə qarşılayacaq. İşgüzar keçən iş həftəsindən sonra istirahətə gələn qonaqlar mənəvi zövq alacaq və bu 44 günlük dastanı yazan şəhidlərimizi  unutmayacaqlar. 
Təki Vətən sağ olsun ! Yaşasın Azərbaycan!
Adil Həmid,
Şair-publisist 

Sosial     Baxılıb: 360   Tarix: 22 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Şuşa bu gün... - FOTOLAR

Şuşaya mövsümün növbəti qarı yağıb, dağlar gözəli yenidən ağ örpəyə bürünüb. AzərTAC-a istinadən xəbər verir ki, yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb. Hazırda yağıntı davam edir. Yenidən ağ örpəyə bürünən Şuşada

Qalmaqallı məmurun vəzifəsi bəlli oldu

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Teleqraf-a istinadla xəbər verir ki, kobud davranışı ilə tənqidlərə tuş gələ

Sabah 10 müntəzəm marşrutun hərəkəti dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a AYNA-dan bildirilib. Qeyd edilib ki, məhdudiyyə

Gəncədə tələbə dərs vaxtı öldü

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Birinci kurs tələbəs

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. . xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib. . Nazir bildirib ki

Üzünə vurulan zərbə ölümünə səbəb oldu

Yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 200-ci il təvəllüdl

Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağl

Eldar İsmayılovun cinayət işinə xitam verildi

Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunan "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cinayət işinə xitam verilib. xəbər verir ki, bu barədə onu

Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?

Sumqayıtda məmur eyni qəddarlığı və "qətiyyət"ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi. xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər İctimai Birliyi"ni


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda cəbhədən son görüntülər son.xabar kriminal xeberler