Oğlunu itirən Rəhman Rəhmanov: "Başımız üstümüzdə deyil
Oğlunu itirən Rəhman Rəhmanov: "Başımız üstümüzdə deyil"
Aktyor, Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovun dünyasını dəyişməsi ilə bağlı məlumat verib.
Əməkdar artist Oxu.Az-a açıqlamasında dəfn tarixi və yeri haqqında dəqiq məlumat bilmədiyini söyləyib:
"Zəng edib, hər kəs başsağlığı verir. Allah hər birinin ölənlərinə rəhmət etsin. Mən hələ dəfn yeri və tarixi haqqında nə isə deyə bilmərəm. Hələ heç nə bilmirik. Başımız üstümüzdə deyil. Danışa bilmirəm. Meyiti götürməyə çalışırıq".
Müğənninin həyat yoldaşı Sabrina xanım Bizim.Media-ya açıqlamasında bildirib ki, Emil bu gün Biləcəri ərazisində yerləşən qəbristanlıqda torpağa tapşırılacaq.
Xatırladaq ki, Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub, altı il müddətinə azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurmuşdu.
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR