Öhdəliklərinə əməl etməyən Ermənistana yox, Azərbaycana bəyanat?

Öhdəliklərinə əməl etməyən Ermənistana yox, Azərbaycana bəyanat?Anar Əliyev, politoloq
Təəssüflə qeyd etməliyik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi fəaliyyətinə və kompetensiyasına aid olmayan, Azərbaycan Respublikasının süveren hüquqlarına və daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən bəyanat yayıb.
Bəyanatda Azərbaycan silahlı qüvvələri 10 (9) noyabr üçtərəfli bəyanatın tələblərini pozmaqda və sülhməramlı qüvvələrin məsuliyyət zonasına daxil olmaqda ittiham olunur.
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubu olaraq bəyan edirik:
1. 10 noyabr Bəyanatının aşağıdakı tələbləri bəyanata imza atan Ermənistan Respublikası və Rusiya Federasiyası tərəfindən mütəmadi və nümayişkəranə surətdə pozulur, yaxud icrası ilə bağlı heç bir addım atılmır:
– 10 noyabr Bəyanatının 4-cü bəndinin əsas tələbi – "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyinə əməl etmək əvəzinə, məlum bəyanatda "Dağlıq Qarabağ" silahlı birləşmələrin hərbi bölmələri" ifadəsi işlətməkdə hansı məqsəd güdülür?
– 10 noyabr Bəyanatının 7-bəndinin tələbi – "Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır". Bəyanatın imzalanmasından ötən ilyarım müddət ərzində Ermənistandan ermənilərin Xankəndi və ətraf ərazilərə köçürülməsi işi ilə məşğul olan, 50 min erməninin Xankəndinə köçürülməsi haqda yalan məlumatlarını böyük nəticə kimi reklam edən Rusiya sülhməramlıları bu müddət ərzində bir nəfər azərbaycanlının Xankəndi, Xocalı, Xocavəndə qayıdışı istiqamətində səy göstəribmi? –
10 noyabr Bəyanatının 8-ci bəndinin tələbi – "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir". Ermənistan tərəfinin açıq şəkildə əməl etmədiyi, Rusiya sülhməramlı qüvvələrinin birbaşa fəaliyyətinə aid olan bu öhdəliyin yerinə yetiriməsi istiqamətində hansı addım atılıb? Keçmiş komandan Rüstəm Muradovun Azərbaycanın humanist davranışlarından yararlanaraq erməni canilərini Yerevana daşımaqdan başqa hansı əməli iş icra edilib, 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilibmi, cinayətkar Ermənistana Rusiya və dünya tərəfindən bununla bağlı təzyiq edilibmi?
– 10 noyabr Bəyanatının 9-cu bəndinin – "Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir", tələbinə əməl edilirmi?
2. 11 yanvar və 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliyə əməl etməməsinə görə Ermənistana bəyanat ünvanlanıbmı? 11 yanvar Bəyanatının 2 və 4-cü bəndlərinin, 26 noyabr Bəyanatının tələblərinə Ermənistan tərəfindən əməl edilməsi ilə bağlı hər hansı təsirli addım atılıbmı? Xatırlatmaq yerinə düşər ki, hər üç bəyanatın tələblərinin icrsına nəzarət prezident Putinin imzası ilə Rusiya Federasiyasının üzərindədir.
3. Rusiya Federasiyası Müdafiə Nazirliyi məlum bəyanatı hazırlayarkən 22 fevral Moskva Bəyannaməsini və tərəflərin öhdəliyini xatırlamağı unudubmu? MN-nın bəyanatı ilk növbədə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin ruhuna və tələblərinə ziddir, Rusiya Federasiyası prezidentinin imzasına hörmətsizlikdir. Bəyanatın preambulasında, 1-ci, 11-ci və 18-ci bəndində əksini tapan öhdəliklərin birtərəfli qaydada pozulması, Azərbaycanın daxili işlərinə kobud müdaxilə, suveren hüquqlarımıza hörmətsizlik və həm də beynəlxalq hüquqla cinayət hesab olunan separatizmin dəstəklənməsinə cəhddir.
Rusiya Federasiyası Müdafiə Nazirliyini ən qısa zamanda məlum bəyanatını geri çəkməyə çağırırıq. Hesab edirik ki, hazırkı gərgin beynəlxalq proseslər fonunda Rusiya tərəfindən atılmalı olan ən düzgün addımlardan biri olar. Bu addımın atılması ilə Rusiya Federasiyası beynəlxalq hüququn tələblərinə və üzərinə götürdüyü öhdəliklərə əməl etdiyi nümunəsini də formalaşdırmış olar.
Anar Əliyev,
"Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq

Siyasi       Tarix: 27 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az en son xəbərlər bugün son.xabar cəbhədən son xeber