Oksfordda koronavirusa qarşı vaksin hazırlayan alimdən AÇIQLAMA
Oksford Universitetində koronavirus peyvəndi hazırlayan alimlər qrupuna rəhbərlik edə professor Adrian Hill dərmanın müvəffəqiyyət şanslarını qiymətləndirib.
Milli.Az xəbər verir ki, alim dərmanın COVID-19-a qarşı təsirli olma ehtimalının 50% -ə endiyini deyib. Əvvəllər bu şanslar 80% qiymətləndirilirdi.
İngiltərənin "Telegraph" qəzetinə verdiyi müsahibədə professor bildirib ki, vaksin istehsalçıları dərmanı bu ilin sentyabr ayına qədər hazırlamağı planlaşdırsa da, bir sıra problemlər vaxtı uzada bilər.
"Buankı göstəricilər 50 faiz qiymətləndirilir. Ola bilsin ki, heç bir nəticə əldə etmədik", - ekspert qeyd edib.
Nə qədər qəribə səslənsə də, əsas problemlərdən biri də İngiltərədə infeksiyanın yayılma sürətinin azalması və daha az və daha az yoluxanların olmasıdır. Bu o deməkdir ki, peyvənd sınağının növbəti mərhələsi üçün kifayət qədər sayda COVID-19 yoluxmuş könüllü olmaya bilər. Nəticə etibarı ilə eskpertlər vaksinlərin effektivliyini qiymətləndirə bilməyəcək. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ