"Oksigen" və "Leyla Şıxlinskaya" klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
"Oksigen" və "Leyla Şıxlinskaya" klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
Gəncə Hava Limanında Gəncə - Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayış saxta çıxıb.
"Report"un məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin "Leyla Medical Center" (keçmiş "Leyla Şıxlinskaya" klinikası) və "Oksigen" klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
"Leyla Medical Center"in mətbuat xidməti Aytaç Kərimli sorğuya cavab olaraq bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:
"Bu kimi halların qarşısını almaq üçün dörd aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özünə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq".
"Oksigen" klinikası isə məsələyə münasibət bildirməyib. /oxu.az

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi